8 C
Baku
Tuesday, March 19, 2024

Həbs edilmiş şahzadələr hökumət ilə müqavilə bağlamağa razılıq veriblər

Səudiyyə Ərəbistanında korrupsiyada ittiham edilərək həbs edilən şahzadə və biznesmenlər azadlığa çıxmaq üçün hökumətin təklif etdiyi müqaviləyə razılıq veriblər.

Banker.az The New York Times nəşrinə istinadən xəbər verir ki, onlar aktivlərinin bir hissəsini dövlətə köçürəcəklər.

Şahzadə Məhəmməd ibn Salman Al Saud The New York Times-a verdiyi müsahibəsində bildirib ki, həbs edilənlərin 95%-i müqaviləyə razıdır. Bundan əlavə, həbsdə olan şahzadələrin 1%-i korrupsiya ilə əlaqələrinin olmadığını sübut edə bilib, 4% isə məhkəməyə müraciət etməyə hazırlaşır. O həmçinin qeyd edib ki, xəzinə təqribən 100 milyard dollar əldə edəcək.

Qeyd edək ki, 5 noyabrda Səudiyyə Ərəbistanının korrupsiya ilə mübarizə komitəsi hakimiyyətdə olan ailənin 11 şahzadəsini, mövcud hökumətin 4 nazirini və onlarla keçmiş naziri həbs etmişdi. Onlar rüşvətxorluqda, pulların yuyulmasında, hakimiyyətdən sui-istifadə və bədxərclikdə ittiham edilir.

Son xəbərlər
Digər xəbərlər