12 C
Baku
Thursday, March 28, 2024

Hər 3-cü milyarderin ali təhsili yoxdur

Dünyadakı ümumi milyarderlərin sayı rekord həddə, yəni 2325 nəfərə çatmışdır. Maraqlıdır ki, bu milyarderlərin  35%-i ali təhsilə malik deyil. Bunu Wealth-X konsaltinq şirkətinin və İsveçrənin UBS bankının araşdırmaları sübut etmişdir.

Milyarderlərin ümumi sərvəti 7,3 trilyon dollar olaraq qiymətləndirilir ki, bu da keçən illə müqayisədə 12% çoxdur. Bu milyarderlərin əksəriyyəti isə Avropada qərarlaşmışdır və bjurada 755 milyarder yaşayır. Bu göstərici Şimali Amerikada 609, Asiyada isə 560 nəfərdir.

Milyarderlərin yalnızca 55%-i öz sərvətini fərdi şəkildə, 19%-i nəsildən nəsilə, dörddə bir hissəsi isə miras olaraq əldə etmişlər.

Milyarderlərin orta yaş göstəricisi 63 yaşdır və onun sərvəti 3,1 milyard dollardır.

Son xəbərlər
Digər xəbərlər