12 C
Baku
Friday, March 29, 2024

Hər bir işçisinə 200 min dollar ödəyən müdir kimdir?

Qida sifarişi üzrə internet servisinin rəhbəri olan Nevzat Aydının uğurlu biznesi var idi və o bu biznesi 589 milyon dollara satdıqda bu işdə əməyi keçən bütün əməkdaşlarına minnətdarlıq etmək qərarına gəlmişdir. Nevzat Aydın sözügedən bu minnətdarlıq əlaməti olaraq 114 əməkdaşının hər birinə bir dəfəlik bonuslar ödəməyə qərar verib.

Nevzat Aydının sözlərinə görə, bir şirkət uğur qazanırsa, bunda bütün əməkdaşların payı vardır və belə bir mükafat bunu sübut edə bilər.

Qeyd edək ki, şirkətdə orta aylıq əmək haqqı 1-1,8 min dollar təşkil edirdi. Hazırda isə hər bir əməkdaş 200 min dollar əldə etmişdir ki, bu da onların 11 illik əmək haqqısı edir. Səxavətli müdir tərəfindən edilən ümumi ödənişlərin sayı isə 27 milyon dolları keçmişdir.

Bir faktı da qeyd edək ki, şirkət bu ödənişlə bağlı işçilər önündə heç bir hüquqi məsuliyyət daşımırdı. Start-up rəhbərinin bu qərarı Türkiyədə ilk analoji hadisə adını qazandı.

Son xəbərlər
Digər xəbərlər