15 C
Baku
Friday, March 29, 2024

Hər bir menecerin bilməli olduğu biznesin 5 prinsipi

Müəllif: Tom Qordman (Tom Gordman), Nyu-York universiteti nəzdində Leonard N. Ştern biznes-məktəbinin baş müəllimi. Material ingilis dilindən qısaldılmış tərcümədə dərc olunur.

Sıradakı  5 anlayış biznesin mövcudolma səbəbləri və menecerlərin onlara tələbatının əsaslarıdır: 

* Müştərilər üçün dəyərlilik
* Mütəşəkkillik
* Rəqabət üstünlüyü
* Nəzarət
* Gəlirlilik

Bu prinsiplərdən hər birini ayrıca nəzərdən keçirək.
Dəyər: Müştəri nəyə pul ödəyir

Biznes –  müxtəlif növ dəyərlər yaratmaq üçün mövcuddur. O, xammal və əmək ehtiyatlarından istifadə edir və onların hər hansı istiqamətdə dəyərini artıraraq onları məhsul və xidmətlərə çevirir, sonuncular da nəticədə müştərilər tərəfindən əldə edilirlər. Dəyər – sifarişçilərin ödəmə səbəbidir.

Məsələn, McDonald’s insanların evdən uzaqda olarkən çox da baha olmayan yemək yeyə biləcəyi yerlər yaradaraq alıcı dəyəri yaradır. Şirkət restoranlar qurur, aşpazlar və insanlara xidmət edəcək işçi heyət yığır, ət alır və qida hazırlayır. Müştərilər rahat yerləşməni (yemək üçün evə getmək lazım deyil) və qidanın dadını (insanların çoxu hamburgerləri, toyuq yeməklərini, alkoqolsuz içkiləri və qızardılmış kartofu xoşlayır) qiymətləndirirlər.

İstənilən biznes və onu idarə edənlər alıcılar üçün dəyər yaratmalıdırlar. Bu, demək olar ki, saysız üsullarla həyat keçirilə bilər, çünki insan istəkləri sərhədsizdir. Lakin təkcə biznes sərhədsiz istəyə xidmət etmək iqtidarında deyil. Bunun əvəzində o, müəyyən üsulla müəyyən faydalılıq növü yaratmalıdır. Başqa sözlə desək, menecment biznesin nə edəcəyini müəyyənləşdirməli və müvafiq yolla onu təşkil etməlidir.

Gəlin mütəşəkkil olaq

İstənilən təşkilatda yaxşı mütəşəkkillik olmalıdır! Onun məqsədləri və bu məqsədlərə nail olmaq üşün ehtiyatları (kadr, material və maliyyə)olmalıdır. Təşkilatda bütün layihələrin həyata keçirilməsi və alınmış nəticələr izlənməlidir. Hər bir şöbə öz funksiyasını lazımi dərəcədə yerinə yetirməlidir. Hər bir işçi qarşısında təşkilatın məqsədlərinə xidmət edən vəzifələr qoyulmalıdır.

Menecment şirkətin mütəşəkkilliyinə cavbdehdir. İlk öncə bu, digər insanlar- muzdlu işçilər tərəfindən işin yerinə yetirilməsini tələb edir.Lakin, biznesin avadanlıq, məkan sahəsi və pul vəsaitləri kimi ehtiyatları da mütəşəkkil yanaşma tələb edir.

Təşkilatı struktur vasitəsilə də yaratmaq olar. Strukturun ümumi sxemi şirkətin nizamnaməsində əks oluna bilər. Lakin təşkilatın yaradılması üçün başqa strukturlar da vardır. Məsələn, maliyyə strukturu vasitəsilə şirkət öz pul axınlarını təşkil edir. Satış menecerləri coğrafi əlamət, məhsulun növü və ya bu amillərin hər ikisi üzrə komandalarda qruplaşa bilərlər.

Şirkətlər mütəşəkkilliyə müxtəlif üsullarla nail olurlar. Bəziləri ierarxiyalı, dəqiqi müəyyənləşdirilmiş vəzifələr və rəsmi protokollu sərt strukturlaşdırılmış, demək olar ki,  hərbi yanaşmaya üstünlük verir. Digər şirkətlərdə isə bir qədər qeyri-formal yanaşmadan istifadə edrək insanlara daha çox fəaliyyət sərbəstliyi verir və daha az strukturlaşdırılmış mühit yaradırlar.

Biznesin təbiəti özü şirkətə nə dərəcədə sərt strukturun lazım olduğunu müəyyən edə bilər. Məsələn, çox da böyük olmayan firmalar (işçiləri 50-dən az olan) iri şirkətlərə nisbətən daha az strukturlaşdırılmışlar.Ağır sənaye sahəsinin şirkətləri, fəaliyyətləri daha çox kreativ sahələri əhatə edən reklam və əyləncə şirkətlərinə nisbətən daha dəqiq struktura malikdirlər.

Şirkətin mütəşəkkilliyinin ciddilik dərəcəsindən asılı olmayaraq menecerlər yaxşı mütəşəkkilliyə cavabdehdirlər. Əgər menecerlər öz vəzifələrini lazımınca yerinə yetirməsələr, hətta lap ciddi strukturlaşdırılmış şirkət belə qeyri-mütəşəkkil şirkətə çevrilə bilər. Əgər menecerlər öz işlərini yerinə yetirirlərsə ən sərbəst struktura malik şirkət belə mütəşəkkil olacaqdır.

Rəqabət  üstünlüyü: qalib çələngi

Öz bazarında uğura nail olmaq üçün şirkət başqa oyunçulara nisbətən nəsə daha yaxşı bir şey etməlidir. Bu nəsə yaxşı bir şeyin istehsalı da rəqabət üstünlüyünü yaradır. Bu “nə isə” məhsul və ya xidmətin hansısa bir aspekti ola bilər, hansını ki, hələlik alıcılar yüksək dəyərləndirirlər. Məsələn, şirkət məhsulun ən geniş çeşidini təklif etməklə rəqabət üstünlüyü əldə edə bilər. Yaxud da super aşağı qiymətlər. Yaxud da yüksək keyfiyyət. Yaxud əla xidmət. Lakin bütün bunların hamısına dərhal nail olmaq olmaz.

Menecerlər, şirkətin hansı əsasda bazarda rəqabət aparacağı qərarını verirlər və onlar bu amili aydın təsəvvür etməlidirlər. Məsələn, reklamların iddiasına baxmayaraq,  heç bir şirkət eyni zamanda həm yüksək keyfiyyət, həm də ucuz qiyməti təmin edə bilməz, ən azından uzun müddətə (müəyyən qiymət kateqoriyasında yüksək keyfiyyət təklif etmək olar, lakin bazarda ən aşağı qiymətə yox).

Buna görə  də menecment qərar verməlidir: şirkət bazarda qiymət yoxsa keyfiyyət üzrə rəqabət aparmalıdır. Yaxud da xidmət  üzrə. Yaxud da yerləşmə yerinə görə. Bundan sonra şirkəti elə idarə etmək lazımdır ki, o, seçilmiş amil əsasında rəqabət apararaq öz rəqabət üstünlüyünü alıcılara təklif etsin.

Mən bununla demək istəyirəm ki, şirkət öz mülkiyyətini tədricən müştərilərə  təqdim etməlidir.Hər hansı bir Conun qiymətləri endirilmiş mağazası Bergdorf Goodman-kı kimi olmağa iddia edə bilməz. Bergdorf Goodman-ın rəqabət amilləri yüksək keyfiyyət və xidmət səviyyəsidir, bu da qiymətlə deyil, məhz bu amillərlə maraqlanan müştəriləri cəlb edir. Əgər Con piştaxtaya dizayner geyimi və ya 400 dollar dəyərində diyircəkli qələm qoysa, onun müştəriləri uzun müddət güləcəklər. Əgər Bergdorf markası məlum olmayan geyim və ya Bic qələmləri təklif etsə müştəriləri ondan üz döndərəcəklər.

Özünə yüksək keyfiyyətli məhsul almağı rəva görə bilən şəxs onu müvafiq şirkətdən alacaq; kimə ki aşağı qiymət lazımdır, özünə aşağı qiymətlər təklif edən şirkət seçəcəkdir. Alıcılar bundan baş çıxara bilər. Menecerlər isə -həmişə yox.

Nəzarət— bunu heç zaman itirməməlisiniz

İdarəetmə  həlqəsi şirkətin alıcı üçün faydalı bir şeyi hansı üsulla yaradacağına, biznesi təşkil edəcəyinə və rəqabət üstünlüyünü hansı yolla möhkəmləndirəcəyinə qərar verdikdən sonra, öz firmasını nəzarət altına almalıdır. Bu heç də dəmir əllə idarə etmək demək deyildir(baxmayaraq ki, bir çox menecerlər məhz belə ehtimal edir). Bu, daha çox o deməkdir ki, hər kəs şirkətin məqsədləri haqda məlumatlı olmalı və şirkəti bu məqsədlərə aparan vəzifələr almalıdırlar.

Nəzarət  , yaxşı menecerin hər zaman işin içində olduğu haqda inam yaradır. Nəzarət ilk növbədə informasiyaya əsaslanır. Məsələn, hər bir şirkətə maliyyə nəzarəti lazımdır. Hər bir menecerin büdcəsi vardır,beləliklə də onlar öz şöbələrinin xərclərinə nəzarət edə bilirlər. Onlar dövrü olaraq şöbələri tərəfindən nə qədər vəsaitin və nəyə xərcləndiyi haqda məlumat alırlar. Maliyyə nəzarəti şirkətin həqiqətən də biznesin qarşısına qoyulmuş məqsədlə üçün nə az, nə çox, məhz lazım olduğu qədər vəsait xərclədiyindən əmin olmaq üçün lazımdır.

Biznes bir çox proseslərdən ibarətdir, buna görə də ola bilsin ki, siz artıq nəzarət prosesi haqda eşitmisiniz. İstehsal, rekrutinq və alış prosesləri nəzarət tələb edir. Bu halda nəzarət məhsulun keyfiyyətinin dəstəklənməsi, lazım olan şəxslərin lazım olan mövqelərə işə götürülməsi və lazımi materialların səmərəli qiymətə alınmasından əminlik yaradır.

Nəzarət və onu müşaiyət edən informasiya menecerlərə müəssisəni idarə etməyə imakn verir.

Gəlirlilik: o sizdə olmalıdır

Biznes- pul yaratmaq üçün mövcuddur. Biznes prosesində qazanılan pullar bir çox üsullarla hesablana bilər. Lakin necə hesablnmasından asılı olmayaraq biznes pul yaratmalı – öz əməliyyatlarından gəlir götürməlidir.

Əgər müəyyən dövr ərzində biznes, fəaliyyətindən ona  sərf etdiyi puldan daha çox pul qazanırsa, deyirlər ki, o, bu dövr üçün gəlir əldə edir. Əgər əksindərsə, ziyana uğrayır. Şirkət uzun müddət ziyana uğraya bilməz, əks halda o, müflisləşir.

Menecmentin əsas məqsədi biznes sahibləri üçün pul əldə etməkdir. Menecerlərin başqa bir işlə də nə dərəcədə yaxşı məşğul olmalarına baxmayaraq onlar potensial gəliri itirir, öz işləri ilə tez vidalaşmalı olurlar. Biznesin nə ilə məşğul olmasına baxmayaraq onun əsas məqsədi gəlirlilikdir.

“Böyük beşliyi” unutmayın.

Bu məqaləyə  yekun vuran 5 əsas ideyanı yadda saxlayın. Onları “böyük beşlik” kimi təsəvvür edin, çünki onlar menecerin etdiklərinin əsasında dururlar. Menecerin bütün fəaliyyət istiqamətlərində ümumi bir məqsəd var: bu ideyaları şirkət və müştərilər üçün həyata keçirmək. Bunları etmək üçün menecer:

* Alıcılıq dəyəri yaratmaqda şirkətə yardım etməli;
* Şirkətin mütəşəkkilliyini dəstəkləməli;
* Bazarda konkret üstünlüklərə nail olmaqda şirkəti dəstəkləməli;
* Biznes və onun müxtəlif əməliyyatları üzərində nəzarəti həyata keçirməli;
* Şirkətin gəlirli fəaliyyətini təmin etməlidir.

Sizə  məlum olduğu kimi, menecerlər müxtəlif idarəetmə üsularına malikdirlər. Daha uğurlu menecerlər yuxarıda göstərilən istiqamətlərdən  ən az bir neçəsi üzrə işləmək bacarığına malikdirlər. Nəhəng adlandırıla bilən bir çox menecerlər bütün bunları lazımi yolla yerinə yetirə bilər. Onlar buna  biliklər, bacarıqlar və xüsusi alətlər vasitəsilə nail olurlar.

Xülasə

* Menecerlər biznes prinsiplərinin “böyük beşliyinə” riayət olunmasına nəzarət etməlidirlər: müştərilər, mütəşəkkillik, rəqabət üstünlüyü, nəzarət və gəlirlilik.
* İstənilən biznes və onun menecerləri müştərilər üçün xüsusi bir dəyər yaratmalıdırlar.
* Menecment təşkilatın mütəşəkkilliyinə cavabdehdir.
* Şirkətin bazarda nəyin hesabına rəqabət aparacağına menecerlər qərar verirlər.
* İdarəetmə həlqəsi nəzarətin həyata keçirilməsinə cavabdehdir. Menecerlər şirkətin məqsədlərini bilməli və vəzifələri elə bölməlidirlər ki, hər kəs bu məqsədlərin həyata keçməsinə öz töhfəsini verə bilsin.
* Menecmentin ən başlıca məqsədi – biznes sahibləri üçün pul əldə etməkdir.

Son xəbərlər
Digər xəbərlər