23 C
Baku
Thursday, April 25, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Hər kəsin bank kartları haqqında bilməsi faydalı olan sirlər

Hər kəsin bank kartları haqqında bilməsi faydalı olan sirlər

0
Hər kəsin bank kartları haqqında bilməsi faydalı olan sirlər

Gündəlik olaraq bank kartlarından istifadə edirik. Bankomatdan nağd pul çıxarmaq, nağdsız ödənişlər etmək, dostlar ilə hesablaşmalar əsas maliyyə əməliyyatlarının hələ qısa siyahısıdır. Lakin bank kartları ilə bağlı hətta ağlımıza gəlməyən bir neçə xırdalıqlar mövcuddur.

 

Banker.az bank kartları haqqında maliyyə savadlılığınızı artıracaq kiçik sirlərdən bəhs edəcək.

1. Kartın nömrəsini deşifrə edək:kk

Kartların əksəriyyətinin 16 rəqəmli nömrəsi var (nadir hallarda 13 və yaxud 19 rəqəm). İlk rəqəm ödəniş sisteminin identifikatorudur  (4 — VISA, 5 — MasterCard).  Növbəti 5 rəqəm kartı buraxan bankı təyin edir. Beləliklə, cəmi 6 rəqəm haqqında hər şeyi bilməklə kartın növü, ödəniş sistemi və onu buraxan bankı öyrənmək olar. Özünüz yoxlayın.

Növbəti 9 rəqəm yalnız banka lazım olacaq. Belə ki, bu rəqəmlər kartın konkret sahibini identifikasiya edir.

2. Yoxlama rəqəmi və yaxud rəqəmlərin sehrikjkj

Kartın nömrəsini bilavasitə olaraq 9-dan 15-ə qədər olan rəqəmlər təyin edir. Bu rəqəmləri xüsusi alqoritm təyin edir. Kartlar üzrə bu rəqəmlərin üst-üstə düşmə ehtimalı olduqda kiçikdir.

Sonuncu rəqəm (yoxlama rəqəmi) “Ay” alqoritmi əsasında riyazi olaraq hesablanır. Məhz o əllə daxil edilmələr zamanı baş verən gözlənilməz səhvlərin qarşısını alır. Sözügedən bu alqoritmi şəxsi bank kartında yoxlamaq çox asandır.

3.Karta ultrabənövşəyi şüa altında baxdıqda:kjbh

Bank kartlarının da, adi pullar kimi qorunduğunu bilirdinizmi? Məsələn, təhlükəsizliyi təmin etmək üçün vasitələrdən biri kartın saxtalaşdırılmasının qarşısını almaq üçün xüsusi işarələrin vurulmasıdır. Sözügedən bu işarələri yalnızca ultrabənövşəyi şüalar altında görmək mümkündür. Belə ki, Visa kartlarında «V» hərfi, MasterCardda  «M» və «С», American Expressdə qartal təsvirini görmək mümkündür.

4.Kredit və yaxud debet kartı?mn

Plastik kart kredit və yaxud debet kartı ola bilər. Bu kartlar arasındakı əsas fərq içərisində kimin  – bankın və yaxud müştərinin özünün vəsaitlərinin olmasıdır. Kredit kartları adətən debet kartlarına əlavə olaraq buraxılır. Əsas olaraq yadda saxlayın ki, sizin təsdiqiniz və razılığınız olmadan bank sizə kredit kartı qeydiyyatdan keçirə bilməz.

Overdraft elə bir kredit vermə prosesidir ki, bu zaman insan müəyyən məbləğdə vəsait alır, lakin bu məbləğdən bir qədər artıq xərcləyə bilir. Bu kartı kredit kartı ilə səhv salmaq olmaz. Bu halda güzəştli dövr və faiz dərəcəsi olmur. Banklar adətən overdraftın ödənilməsi üçün 2 ay vaxt tələb edir. Əgər kart maaş kartı şərtlərində buraxılıbsa, adətən overdraftın həcmi maaşın müəyyən faizini və yaxud iki aylıq maaş məbləğində təyin edilir.

5.Texniki overdraftkjnbjkn

“Texniki overdraft” deyilən bir anlayış mövcuddur ki, bu zaman əlçatan xərc limiti keçildikdə kartdan çıxılan məbləğdir. Borc hər hansı digər ölkədə ödəniş etdikdə (məzənnə fərqinə görə) və yaxud hesab digər bankın kartınının vəsaitləri ilə doldurulub və dərhal nağdlaşdırıldıqda yaranır.

Texniki overdraftdan qorxmaq lazım deyil. Belə ki, hesaba pul yatırıldıqda bu borc avtomatik olaraq silinir, faiz isə hesablanmır.

6.Kartın digər tərəfimhbvj

Kartın digər tərəfində pullarınızın təhlükəsizliyi üçün daha bir zəmanət – CVV (VISA kartlarında) yaxud CVC (MasterCard kartlarında) var. CV hər iki halda Card Verification kimi şifrələnir.

CVV kartın fiziki təqdim olunması olmadan alış-veriş etməyə imkan verir və mütləqdir, məsələn, internetdə alış-veriş zamanı. Onun köməkliyi ilə kart cari olaraq yanınızda olmadan da alış-veriş etmək mümkündür (kart haqqında digər məlumatlara da sahib olmaqla). PIN-kod kimi bu şifrəni də heç kimə göstərmək və deməmək lazımdır, xüsusəndə əgər bu məlumatı sizdən inadla tələb edirlərsə.

Bank kartlarından istifadə zamanı təhlükəsizlik qaydaları

Online alış-veriş edirsinizsə, əməliyyatları yalnızca yoxlanılmış saytlarda həyata keçirin. Saytın maliyyə tranzaksiyaları üçün https-protokolundan istifadə etdiyinə əmin olun. Bu məlumatların fırıldaqçıların əlinə düşməsindən qoruyacaq.

mbjmhbKart haqqında məlumatları qoruyun. Bu yalnızca PIN-koda deyil, CVV şifrəyə də aiddir. Yadda saxlayın ki, kart haqqında məlumatı bir neçə saniyə ərzində əldə etmək mümkündür. Bu səbəbdən də, kartınızı diqqətdən kənarda qoymayın.

Bankomatdan nağd pul çıxarmalısınızsa, bir neçə təhlükəsizlik qaydasına riayət edin. Bankomata yaxınlaşarkən onun vəziyyətinə baxın: orada əlavə kamera varmı, klaviaturanın üzərində, kartı daxil etdiyiniz hissədə hər hansı bir kənar detal varmı?njbvjh

Kartınızı itirdikdə və yaxud qarət olunduqda banka zəng edərək bu haqda məlumat verin və onu blok etdirin. Bunun ardınca banka gedərək ərizə yazın. Kart məlumatlarınızın üçüncü bir şəxsin əlinə keçdiyini düşünürsünüzsə, bankı bununla bağlı məlumatlandırın.