15 C
Baku
Friday, March 29, 2024

Hər nöqsanın öz cəriməsi olacaq – Sədr Qida Təhlükəsizliyi Agentliyinin işindən danışdı

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bir müddət öncə məktəbəqədər təhsil müəssisələrində monitorinq apardıqlarını və uşaq bağçalarında mənşəyi bəlli olmayan ətlərdən qida üçün istifadə edildiyini bildirib. Onun bu açıqlaması ictimaiyyətdə əməlli-başlı rezonans doğurub.

Bu baxımdan son günlərdə uşaq bağçalarındakı qidaların mənşəyi əsas müzakirə obyekti olub.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, iqtisadçı professor Eldar Quliyev açıqlamasında bu məlumatlardan xəbardar olduğunu qeyd edib.

“Cənab Prezident Qida Təhlükəsizliyi Agentliyinin yaradılması haqda fərman verib. Fərmanın əsasında da təşkilat yaranıb. Onlara səlahiyyətlər verilib ki, bu məsələlərlə məşğul olsunlar. Bizə də bəzən məlumatlar daxil olur ki, ölü heyvanın ətindən istifadə olunur. Amma mənim əlimdə bununla bağlı fakt yoxdur. Satışda at ətinin olduğunu da deyirlər. Belə halların hər zaman qarşısı alınır. O ki qaldı belə qidaların uşaqlara verilməsi məsələsinə, konkret fakt deyə bilmərəm. Belə bir fakta rast gəlməmişəm”.

eldar quliyev MG 4323 1
Milllət vəkili deyir ki, ölkə prezidentinin fərmanından sonra yeni struktur yaradılıb.

“Bu məsələlər ciddi nəzarətə götürülüb. Nəinki bağçalarda, yeməkxanalarda, habelə bazarlarda, istər ət satışı məntəqələrində, istərsə də ərzaq məhsulları harda satılırsa oralarda nəzarəti gücləndirəcəklər. Nöqsanlara yol verən şəxslər cəzalandırılacaqlar. Hər nöqsanın özünə uyğun cərimələri nəzərdə tutulacaq. Nə qədər ciddi nöqsan varsa, o qədər də ciddi cərimə tətbiq olunacaq.

Uşaqlar bizim gələcəyimizdir. Birinci növbədə uşaqları fikirləşməliyik. Onlar sağlam böyüməlidir, sağlam qida qəbul etməlidirlər. Ancaq təkcə uşaqlar deyil, bütövlükdə əhalinin sağlam olması üçün sağlam qida lazımdır. Keyfiyyətlı qida məhsullarından istifadə etmək mütləqdir. Buna görə də mən hesab edirəm ki, təkcə satış yerlərinə yox, həm də emal müəssisələrinə nəzarət zəruridir.

Kolbasanın tərkibinin hansı ətdən hazırlandığını biz bilə bilmərik. Bunu ancaq mütəxəsislər bilər. Mən əminəm ki, yeni qurum bunun öhdəsindən gələcək. Çünki təcrübələri  kifayət qədərdir. Hesab edirəm ki, getdikcə bu məsələlərə aydınlıq gətiriləcək”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər