15 C
Baku
Friday, March 29, 2024

Hər səhər hesabınıza 86 400 dollar yatıran bank

Gündəlik xərclərdən sonra artıq qalan məbləğ növbəti günün hesabına əlavə olunmur. Gecə hesab sıfırlanır. Siz bu pullarla nə edərdiniz?

Bir düşünün – “Hamısını son qəpiyinə qədər xərcləyərdinizmi?”.

Bizim hər birimizin belə bir bankı var və bu bankın adı – ZAMANdır.

Hər səhər sizə 86 400 saniyə kredit təqdim olunur. Hər gecə bu hesab sıfırlanır və artıq növbəti günə əlavə edilmir. Hər səhər yeni hesab başlanır.

Gündəlik kreditinizi xərcləməsəniz itirən yalnız özünüz olacaqsınız. Geriyə yol yoxdur. Gələcək gün üçün borc götürmək olmaz. Biz bizə ayrılan zamanla yaşamağa məcburuq.

— Bir ilin dəyərini imtahandan kəsilmiş  tələbədən soruş.
— Ayların dəyərini yenicə ana olmuş bir qadından soruş.
— Bir saatın dəyərini görüşü gözləyən iki sevgilidən soruş.
— Bir dəqiqənin dəyərini qatara gecikmiş insandan soruş.
— Bir saniyənin dəyərini yol qəzasından bəxti gətirərək xilas olandan soruş.
— Yarım saniyənin dəyərini ikinci yeri tutmuş idmançıdan soruş.

Son xəbərlər
Digər xəbərlər