8 C
Baku
Tuesday, March 19, 2024

Hərracda cəlb olunacaq manatın həcmi 2 dəfə artırıldı

Bazar ertəsi depozit hərracınada cəlb olunacaq manatın həcmi artırılıb.

Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsinə dair açıqlama verib.

Məlumata görə, 13 noyabr 2017-ci il tarixdə 11:00-11:15 radələrində Bloomberg platformasında keçirilən hərracda 200 mln. Azərbaycan manatı cəlb olunması nəzərdə tutulur. Faiz dərəcəsi 10,01% – 14,99% olan hərracın müddəti 14 gündür. Bu da sonuncu hərracdakı rəqəmdən iki dəfə çox olması deməkdir.

Məlumat üçün bildirək ki, sonuncu depozit hərracında 100 mln. manat cəlb olunması nəzərdə tutulsa da, 6,3 dəfə təlabat çox olaraq 630 miln. manat cəlb olunmuşdu.

 

 

Son xəbərlər
Digər xəbərlər