14 C
Baku
Saturday, April 27, 2024

Hətta meymun da ədalətin nə olduğunu bilir

Son zamanlar ölkəmizdə biznesin nisbətən inkişafı menecment, işçi-müdir və ya işçi-işçi münasibətlərində ədalət prinsipini qabartmışdır. Ədalət məvhumunun ortaq bir tərifinin olmaması ona hərənin öz gözü və öz həyat təcrübəsi prizmasından baxması ilə nəticələnir. Bu qısa məqaləmizdə biz bu baxışlardan uzun-uzadı danışan deyilik . Danışacağımız mövzu meymunların ədalət anlamı haqqında olacaq.

[pullquote]Hətta meymunlar da ədalətli davranışı tələb edirlər. [/pullquote]Son dövrlərin maraqlı təcrübələrindən biri Capuchin meymunları ilə aparılmışdır. Bu təcrübə zamanı 2 meymun dəmir barmaqlıqlar arasında yerləşdirilmişdir və ilk olaraq meymun hər verdiyi kiçik daş parçasına görə yem almalıdır. Birinci dəfə meymunların hər ikisi daşı verərək əvəzində şəkər çuğunduru alır. Növbəti dəfə daşı verdikdən sonra təcrübəçi bir meymuna şəkər çuğunduru, digərinə isə üzüm verir. Bunu görən digər meymun yenidən daşı təcrübəçiyə uzadır, təcrübəçi yenidən ona şəkər çuğunduru verir və meymun buna etiraz edir.

Qeyd edək ki, bu təcrübə professor Frans de Waal  tərəfindən aparılmışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər