21 C
Baku
Friday, April 26, 2024

Həyat mənbəyimiz nədədir?

Ölümündən öncə iki insan görüşür. Onlardan biri sakit, təmkinli idi və ümumilikdə kütlədən çox da seçilmirdi. Lakin onun xarici görünüşünə əsasən əminliklə demək olardı ki, o çox biliyə sahibdir. İkinci şəxs isə qarışıq həyat içərisində daim həyatın mənasının və xoşbəxtliyin axtarışında idi. Birinci şəxsin əks etdirdiyi üstünlüyü, təmkinliyi hiss edən birinci şəxs qeyri-ixtiyari şəkildə soruşur:

— Əziz həyat qonşum, biz səninlə eyni sayda il yaşamışıq və budur artıq ölüm qapımızı döyür. Lakin gördüyüm kimi sən çox sakitsən və ölümü gözləyirsən, sanki arxanca gələn öülm deyil də, nə isə xoş bir şeydir. Bəs bütün ömrün boyu eyni bir yerdə yaşayaraq həyatdan nə öyrəndin, nə qazandın? Bununla belə, bütün ömrünü eyni bir qadın ilə keçirmisən, üstəlik də onu özün deyil, gəncliyində valideynlərin sənin üçün münasib görüb. Bəs bütün bu şərtlər daxilində belə rahat və sakit ruh halına necə nail olmusan?

—Bəli, mən bütün həyatımı eyni bir qadınla başa vurmuşam və zərrə qədər də buna heyfslənmirəm. Mənim həyat mənbəyim mənim daxilimdəki nur idi və bu nur bütün həyatımı yalnız bir qadına həsr etməyə kifayət edirdi. Bu zamanda isə sən bütün dünyanı gəzir və çox qadınla münasibət qururdun. Lakin hər dəfəsində əldə etdiyin yeni qadın daxilindəki bu boşluğu doldurmağa kömək etməyib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər