15 C
Baku
Friday, April 26, 2024

Həyat sığortası ilə Sağlamlıq sığortasının (Tibbi Siğorta) fərqli cəhətləri

Həyatda bir çox zaman xoşagəlməz hadisələrlə qarşılaşırıq. Demək olar ki, hər gün bir hadisə baş verir, ki bu hadisələrdən zərər çəkənlər içərisində isə bir gün biz də ola bilərik. Bütün bu problemlərin qarşısını almaq təbii ki, mümkün deyil, lakin baş verəcək hadisələrdən özümüzü sığortalayaraq dəyəcək ziyanın xərclərindən də bir növ sığortalamış olacağıq.

Sığorta şirkətləri isə bir çox növdə sığorta məhsulları təqdim edirlər. Hazırda bir çox şirkətlər həyatımızı sığortalamaq üçün bizə Həyat sığortası təqdim edirlər. Lakin  digər bir sığorta növü Sağlamlıq sığortası da var ki, bu sığortanın da bəzən Həyat sığortası ilə eyni olduğunu düşünürük. Lakin bu çox yalnış fikirdir.

Banker.az saytı olaraq bu dəfə ki, araşdırmamızda öz oxuyucularımıza Həyat sığortası ilə Sağlamlıq sığortası (Tibbi sığorta) arasındakı fərqi aydınlatmaq qərarına gəldik.
İlk növbədə həyat sığortası haqqında məlumat vermək  istərdik.

Həyat sığortası – sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır.

Qeyri-həyat sığortası yəni Sağlamlıq sığortası  – sığorta hadisəsi baş verdiyi zaman sığortalıya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və mənafeləri ilə bağlı risklərin sığortasıdır.

Həyat Sığortası ilə Tibbi Sığortanın (sağlamlıq sığortası) ilkin olaraq  fəaliyyət istiqamətləri baxımından fərqlənirlər. Tibbi sığorta özlüyündə qeyri həyat sığortasının şəxsi sığorta növünə aiddir.

healthinsurHəyat sığortası birbaşa şəxsin həyatı ilə bağlıdır. Sığorta obyektinə görə özündə birləşdirir:

1.    Həyatın ölüm halından sığortası;
2.    Həyatın yaşam sığortası;
3.    Annuitet sığortası;
4.    Əmək qabiliyyətinin itirilməsi hallarından sığorta;
5.    Sağalmaz xəsəliklərdən sığorta.

Yuxarıda qeyd olunan punktlara aydınlıq gətirmək istərdik.  

1. Həyatın ölüm halından sığortası – Sığortalı və ya Sığorta olunan öldükdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutulan sığorta növüdür.

2. Həyatın yaşam sığortası – Bu sığorta növü müəyyən olunmuş müddət ərzində sığorta ödənişinin Sığorta olunanın Sığorta müqaviləsinin qüvvədə olduğu müddətin sonuna qədər yaşaması və ya onun Müqaviləsinin qüvvədə olduğu müddətdə ölməsi halının sığortası deməkdir.

3. Annuitet sığortası – Sığorta şirkəti ilə bağlanmış, müəyyən vaxtdan etibarən, məsələn təqaüdə çıxandan sonra fiziki şəxsə müntəzəm olaraq pul məbləği almaq hüququ verən razılıq və ya müqavilədir. Ümumiyyətlə Annuitet istər periodik ödənilən məbləğin alınmasını, istərsə də onun ödənilməsini bildirir.

4. Əmək qabiliyyətinin itirilməsi hallarından sığorta – İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Qanun, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanlarına aiddir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur.

5. Sağalmaz xəsəliklərdən sığorta-  Könüllü sağalmaz xəstəliklərdən sığortada müqavilənin qüvvədə olduğu müddətdə Sığorta olunan sağalmaz xəstəliklərdən sığortalanır və sığorta hadisəsi baş verdikdə sığorta məbləğinin 100%-dək ödənilməsi nəzərdə tutulur.

Qeyri Həyat Sığortasına aid olan Tibbi Sığorta təminatlar çərçivəsində tibbi xərcləri nəzərdə tutulur.

Həyat Sığortası və Qeyri-Həyat sığortası fəaliyyətinə görə fərqləndikdən onların təklif forması da fərqlənir. Yəni sizin sığorta marağından asılı olaraq mövcud risklər üzrə təminat verəcək məhsul təqdim olunur.

Tibbi sığorta könüllü sığorta olduğundan Sığortalı ilə Sığortaçının qarşılıqlı razılığı əsasında bağlanmış müqavilədə təminat verilən risklər üzrə tibbi xərclər ödənilir. (misal olaraq)

•    Stasionar müayinə və müalicə;
•    Ambulator müayinə və müalicə;
•    Təcili Tibbi yardım;
•    Dərman təminatı;
•    Stomotoloji yardım;
•    Analıq təminatı;
•    Vaksinasiya və d.
Sonda isə hər birinizə sağlam həyat arzulayırıq və həyatınızı  etibar etdiyiniz sığorta şirkətləri ilə birlikdə sığortalamağı unutmayın.
Məqalənin hazırlanmasında göstərilən köməyə görə Meqa Sığorta şirkətinə təşəkkür edirik.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər