15 C
Baku
Friday, April 26, 2024

Həyat siğortası yeni investisiya alətidir

İnsanlar gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrdən siğortalanmayıb.Yəni, qəfil hadisə nəticəsində hər bir insanın maddi çətinlikləri yaranır. Bununla da onlar yeni maliyyə mənbələri axtarmağa başlayırlar. Bütün bunlara qarşı isə həyat siğortası alternativ maliyyə vasitəsi ola bilər.

Belə ki, həyat sığortası ailə başçısının ölməsi, bədbəxt hadisə və ya xəstəlik üzündən əmək qabiliyyətini itirdiyinə görə gəlirlərinin azalması hallarında ailənin köməyinə çatacaq bir mexanizm rolunu oynaya bilər. Bu çətinliklərin öhdəsindən gəlmək üçün həyat sığortasından maliyyə müdafiəsi qismində istifadə olunur.

Həyat siğortası şəxsin ölümü, müəyyən yaşa çatması, ailə başçısını itirməsi, xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirməsinə görə gəlirlərin azalması, sağalmaz xəstəliyə tutulması və s hallarında maliyyə təzminatını həyata keçirilməsini nəzərdə tutan siğorta fəaliyyəti istiqamətidir.

Həyat sığortası iki cür əhəmiyyət daşıyır: maliyyə müdafiəsi və investisiya aləti.

Sığortalanan şəxs həyat sığortasından həm də bir investisiya vasitəsi kimi istifadə edə bilər. Əgər bir maliyyə müdafiəsi vasitəsi olaraq sabit sığorta haqları ödəyib onların yığılması nəticəsində əmələ gələn vəsaitlə kifayətlənmək olursa, investisiya vasitəsi olaraq müəyyən müddətdən sonra ödənilən məbləğlərin cəmi ilə yanaşı, həmin pulların sığortaçı tərəfindən investisiyaya yönəldilməsi nəticəsində əldə olunan gəlirin də müəyyən hissəsini əldə etmək olar.

Həyat sığortası məhsulu almaqla  nəinki çətin zamanlarda işə yarayacaq pul yığmaq, eləcə də gəlirləri etibarlı investisiyaya çevirmək mümkündür.

Xatırladaq ki,  bu ilin yanvar-may aylarında Azərbaycanda toplanan sığorta haqlarının 27 faizi (50 milyon manat) həyat sığortası üzrə yığımların payına düşüb.
Həyat sığortası üzrə yığımların 51,7 faizi (25,8 milyon manat) həyatın yaşam sığortasının, 35 faizi (17,5 milyon manat) istehsalatda bədbəxt hadisələrdən sığortanın, 13,3 faizi (6,6 milyon manat) həyatın ölüm halından sığortasının, 34 min manatı isə sağalmaz xəstəliklərdən sığortaya aiddir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər