15 C
Baku
Saturday, April 27, 2024

“Həyatın ən böyük hədiyyəsi nədir?!”

Bir dəfə böyük qardaş kiçik qardaşına Yeni il hədiyyəsi olaraq yeni avtomobil hədiyyə edir.

Kiçik qardaş yeni avtomobili ilə işə gedir və işdən çıxdıqda, ofisin yaxınlığında onun lüks avtomobilinə heyranlıqla baxan kiçik bir oğlanı görür.

– Cənab, bu sizin avtomobilinizdir? – deyə oğlan maraqlanır.

Gənc oğlan başını tərpədərək deyir:

– Bu avtomobili Yeni il hədiyyəsi olaraq qardaşım hədiyyə edib.

Uşaq heyrətdən yerindəcə donur:

– Siz demək istəyirsiniz ki, onu sizə qardaşınız hədiyyə edib və siz bu avtomobil üçün heç bir xərc çəkməmisiniz?Mən də istəyərdim…

Gənc oğlan düşünür ki, uşaq “Mən də belə qardaşa sahib olmaq istəyərdim!” deyəcək.

Lakin oğlan deyir:

–Mən də belə qardaş olmaq istərdim!

Gənc oğlan onu diqqətlə nəzərdən keçirir və gözlənilmədən təklif edir:

– Avtomobildə gəzmək istəmirsən?

– Əlbəttə! Məmnuniyyətlə!

Gəzintidən sonra uşaq deyir:

– Olar mənim yaşadığım evin yanına gedək?

Gənc oğlan gülümsəyir. O uşağın nə istədiyini bilirdi: məhəllənin uşaqlarında həsəd hissi yaratmaq. Lakin gənc oğlan səhv düşünürdü.

– Bu iki pilləkənin önündə saxlaya bilərsiniz? – deyə oğlan xahiş edir.

O sürətlə pilləkəni qalxır və bir neçə dəqiqədən sonra yavaş-yavaş gəlməyə başlayır. O özü ilə kiçik – şikəst qardaşını gətirirdi. O qardaşını pilləkənin üzərinə qoyur və maşını göstərərək deyir:

– Görürsən?! Bax! Onun qardaşı Yeni ildə ona hədiyyə edib və o avtomobil üçün 1 qəpik belə xərcləməyib. Bir gün mən də sənə eynisini hədiyyə edəcəm və görəcəksən ki, sənə danışdığım vitrinlərdəki Yeni il hədiyyələri necə olur.

Gənc oğlan avtomobildən düşür, şikəst oğlanı qucağına götürür, ön oturacaqda oturdur. Kiçik qardaşı isə arxa oturacaqda yerini tutur və onların ömrü boyu unutmayacaqları kiçik gəzinti başlayır.

Həmin gün gənc oğlan ömrü boyu müəllimlərindən və valideynlərindən eşitdiyi fikrin mahiyyətini dərk edir. “Hədiyyə etmək, onu əldə emtəkdən daha qiymətlidir”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.