23 C
Baku
Saturday, April 20, 2024

“Həyatın mənası”

Bir dəfə müdrik bir şəxs yolda evinə qayıdarkən çox kədərli bir şəxslə qarşılaşır. Həmin şəxs o dərəcədə fikirli olur ki, hətta müdrik şəxsin çiyninə toxunub keçir. Müdrik şəxs isə bu hərəkətin qarşılığında sakit şəkildə ondan soruşur:

—Sən nə səbəbə belə kədərlisən? Heç öz yolundakılara belə fikir vermirsən.

— Üzr istəyirəm, həyatımda böhran yaşayıram. Həyatımın mənasını itirdim və bununla heç nə edə bilmirəm. Məqsədimi tapana qədər də axtaracam.

— Mən bir insan haqqında eşitmişdim. Onun da həyatında mütəmadi olaraq böhranlar baş verir və o da həyatının mənasını tapa bilmirdi.

— Ümid edirəm o istədiyinə nail ola bilib? — deyə səbirsiz halda kədərli şəxs soruşdu.

— Bəli, o sualına cavab taparaq öldü və bu cavabı yalnız ölüm anında tapdığını yanındakılara pıçıldamışdı.

— Bəs o nə demişdi?

— O dedi ki, həyatın mənası  — seçimdir…

— Hmm, söhbətə görə çox sağ ol – deyə həmin şəxs cavab verdi, müdrik insana baş əydi və tələsərək yoluna davam etdi.

— …seçim — ya böhranlarsız yaşamaq, ya da bütün həyatı nigaranlıq və həyatın mənasını axtarmaqda keçirməkdir —  deyə müdrik şəxs sözünü tamamladı. Lakin çarə axtaran həmin şəxs artıq çox uzaqda idi. O tələsirdi, axı onun axtarmalı olduğu bir cavab vardı….

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər