12 C
Baku
Wednesday, April 24, 2024

Həyatınızı dəyişəcək 65 qayda

1. Günə sahib olduğun hər şeyə görə minnətdarlıqla başla.
2. Səhər tezdən qalx (saat 5-6-da).
3. Çoxlu su iç (günə 1.5-3 litr).
4. Sağlamlıq üçün kontrast duş qəbul et.
5. Gününü planlaşdır.
6. Qarşına məqsədlər qoy, lakin onlara öyrəşmə.
7. Dost və düşmənlərini bağışla, bağışla, bağışla. Biz mükəmməl deyilik, başqaları da mükəmməl olmadığı üçün, onları bağışla.
8. Gün ərzində ən azı 15 dəqiqəni təmiz havada keçir, 30-60 dəqiqə lap əla olar.
9. Yeməkdən dərhal sonra içmə.
10. Neqativ mühitdən uzaq ol.
11. Əgər belə mühitə düşmək məcburiyyətində qaldınsa, “əksini” öyrən, yəni “necə olmaq lazım deyil”.
12. Arzularına sadiq ol.
13. Özünü reallaşmağına kömək edəcək layiqli insanlarla əhatə et.
14. Hər gün idmanla məşğul ol.
15. Böhran zamanı minimum proqramı yerinə yetir.
16. Karyera yüksəlişini sürətləndirməyə kömək edəcək peşəkar müəllimdən öyrən.
17. Həzz alaraq işlə.
18. İş xoşuna gəlmirsə, lakin o yüksəlişin üçün vacibdirsə və səni məqsədinə yaxınlaşdırırsa, işləməyə davam et.
19. İş xoşuna gəlmirsə və səni məqsədinə yaxınlaşdırmırsa, işini dəyiş.
20. Özünə inan.
21. Gün ərzində mümkün qədər tez-tez dərindən nəfəs al.
22. Hər gün dua et, qəlbini təmizlə.
23. Sevdiyin mahnılardan ibarət playlist-i müntəzəm olaraq yenilə, enerji lazım olduqda mahnılara qulaq as.
24. Həyatın hər sahəsində ən yaxşı müəllimlər tap və onlardan öyrən.
25. Gəlirinin ən azı 10%-ni xeyriyyəçiliyə sərf et.
26. Tərifə qənaət etmə, xüsusən komandan üçün.
27. Tərif zamanı emosional, tənqid zamanı təmkinli və alicənab ol.
28. Yadda saxla: nə qədər yaxşı iş görsən də, həmişə kim isə narazı olacaq. Bu qaçılmazdır.
29. Uğur əldə etdikdə, qələbəyə görə minnətdar ol, məğlub olduqda, təcrübəyə görə.
30. Bəzən uşaq kimi ol, özünə əylənmək imkanı ver.
31. Yadda saxla: ən vacib olanı ilk növbədə etmək lazımdır.
32. Mümkün qədər tez-tez “ikisi birində” prinsipinə riayət et (eyni zamanda idmanla məşğul ol və audio kitaba qulaq as, ev işləri gör və motivasiya edən videoya bax).
33. İşindən həzz almaq üçün, nəticədə əldə edəcəyin pul haqda deyil, yalnız verəcəyin fayda haqa düşün.
34. Yüksəlməyə can at, maneələrdən qorxma.
35. Yadda saxla: istənilən işin sənətkarı olmaq üçün, üzərində minimum 10 min saat səylə çalışmaq lazımdır.
36. Gündəlik kiçik inkişaf böyük uğura səbəb olur.
37. İnsanlarla birinci salamlaş və onlara gülümsə. Yalnız güclü və uğurlu insan ilk olaraq özü xeyirxahlıq nümayiş etdirə bilər.
38. Yeganə layiqli standart ən yaxşı standartdır.
39. Potensialının reallaşmasına kömək etməyən insanlarla nəzakətlə vidalaş.
40. Onlar sənin qohumlarındırsa, onları sev və olduqları kimi qəbul et. Çox güman ki, onlar heç vaxt dəyişməyəcəklər.
41. Ümumiyyətlə, heç kimi dəyişməyə çalışma. Ətrafındakı insanları dəyişmək cəhdləri bədbəxtliyə səbəb olur.
42. İlham düzgün həyat tərzi nəticəsində gəlir.
43. Qidalanma nə qədər pis olarsa və nə qədər çox hərəkətsiz olarsan, işə həvəsin və həyəcanın bir o qədər az olar.
44. Əhatəndəki insanlar üçün “lift” ol. Onları qaldır.
45. Tənqidçilərə anlayışla yanaş. Onlar öz narazılıqlarını ifadə etmək qədər heç nədən həzz ala bilməyən reallaşmamış insanlardır.
46. Tənqidçi yüksək qvalifikasiyaya malikdirsə və təmiz ürəkdən danışırsa, onunla dostlaş. Qoy o sənə daha yaxşı olmağa kömək etsin, sən isə öz növbəndə uğuruna verdiyi töhfəyə görə ona qarşılıq vermək üsulunu tap.
47. Həyatında geridə qoyduqların və səni irəlidə gözləyənlər, indi sahib olduqlarının əksidir.
48. Motivasiya daxildən gəlməlidir. Yoxdursa, buna yalnız iki səbəb ola bilər: ya enerji yoxdur, ya da yanlış işlə məşğulsan.
49. Pis əhval-ruhiyyədə olduqda, heç vaxt həyati vacib qərarlar vermə. Əvvəlcə son dərəcə müsbət əhval-ruhiyyəyə qayıt, sonra isə həyatına necə davam etmək istədiyinə dair qərar ver.
50. Poçt və sosial şəbəkəyə gün ərzində iki dəfə daxil ol. Maksimum.
51. Sözlər ruhlandırır və sözlər məhv edir. Onları həssaslıq və sevgi ilə seç.
52. İnsanı sevmək ona özünü reallaşdırmağa kömək etmək deməkdir. Hətta bu şəxsi istəklərinə zidd olsa belə.
53. Tənhalıqdan həzz al.
54. Yeni işə başlamaq, yeni vərdişlərə yiyələnmək və yeni hobbiyə başlamaq heç vaxt gec deyil. Dünyagörüşünü genişləndirəcək şeyləri axtarmağa davam et.
55. Başqalarını potensiallarını həyata keçirmək üçün ilhamlandırmaq imkanı və bacarığı mövcud olan ən böyük mükafatdır.
56. Xüsusilə üzərində ən çox işlədiyin kateqoriyalar üzrə uğur gündəliyi tut.
57. Razılaşmalara əməl et. Buna görə də edə biləcəyinə 100% əmin olmadan heç nə söz vermə.
58. Qeybətdən uzaq ol.
59. Xəbərlər, siyasət, iqtisadiyyatı izlə, hərtərəfli inkişaf et.
60. Lakin yadda saxla, həyatın mənası kainatın qanunlarını dərindən başa düşməkdə və onlara riayət etməkdədir. Bu xoşbəxtliyə gətirib çıxaracaq.
61. “Fəal və ağıllılar arasında fəallar qalib gəlir. Fəallar arasında isə ən ağıllılar.” Ağıl və fəallığı birləşdir.
62. Həyatındakı hər bir önəmli hadisəni təhlil et. O hadisədən nə dərs aldın?
63. Reallaşmağına mane olan şeyləri etmə.
64. Mümkün qədər çox qələviləşdirmə təsiri olan məhsullar (çiy tərəvəz) və faydalı yağlar (avokado, bitki yağları və s.) ye.
65. Başqalarının uğursuzluqlarını müzakirə etmə.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər