24 C
Baku
Thursday, April 18, 2024

Həyatınızı dəyişəcək vərdişlər

Sağlamlıq üçün vərdişlər

1.    Gündə 30 dəqiqə idman edin. Bu, xüsusən oturaq iş həyatı yaşayan insanlar üçün zəruridir.
2.    Hər gün səhər yeməyini yeyin. Çox insan səhər yeməyini yeməkdən imtina edir – buna həm fiziki həmdə subyektiv amillər təsir edir. Lakin günü gözəl əhval-ruhiyyə, sağlam şəkildə başlamaq istəyirsinizsə siz səhər yeməyini yeməlisiniz.
3.    8 saat yatın.  İşləri və həyatı daha keyfiyyətli yaşamaq üçün insan mütləq fiziki cəhətdən istirahət etməlidir. Mütəxəssislərin fikrində 8 saat bunun üçün yetərlidir.
4.    Yemək arası ziyanlı qəlyanaltılardan imtina edin. Söhbət çips , dönər , snikers və s. tip qəlyanaltılardan gedir ki, bunlar insanı növbəti, daha vacib yemək yeməkdən yayındırır.
5.    Hər gün meyvə yeyin. Arzu olunandır ki, meyvələrin çeşidləri fərqli olsun.
6.    Balıq yeyin. Balıqda digər məhsullarda olmayan çoxlu sayta minerallar , həmçinin beynin sürətlə işləməsini təmin edəcək omega 3 maddəsi vardır. Həftədə ən azı 1 dəfə balıq yemək sizin gündəlik bu elementlərə olan ehtiyacınız üçün kifayət edər.
7.    Yuxudan duran kimi 1 stəkan su için. Bədən yuxudan ayrıldıqdan sonra suya çox ehtiyacı vardır. Özünüzə vərdiş halına salıb, hər səhər bir stəkan su için- həmçinin çalışın gün ərzində də sudan çox istifadə edəsiniz.
8.    Qazlı sudan imtina edin. Mineral mənşəli qazlı sular (Sirab , Barjomi bura aid deyildir) adətən süni şəkildə qazlaşdırılmış və ya sodalaşdırılmış olur- bunların insan sağlamlığına ciddi mənfi təsiri artıq sübut olunmuşdur.
9.    Həmişə bədəninizi təmiz saxlayın.
10.    Pilləkənlərdən istifadə edin. Çalışın imkan olduqca lift əvəzinə daha çox pilləkəndən istifadə edin.

Məhsuldarlıq üçün vərdişlər

1.    İdeyalarınız üçün inbox sistemindən istifadə edin. Çox vacibdir ki, sizə hər hansı ideya gəldikcə onları harasa qeyd edəsiniz. Bunun üçün hər hansı proqram təminatı (misal üçün Evernote) və ya e:mail ünvanından və ya lap sadə Word faylından istifadə edə bilərsiniz.
2.    Prioritetlərinizi müəyyən edin.  Çalışın hər dəfə işlə başlamazdan əvvəl işləri prioritet, vaciblik əmsalına görə düzənləyin.
3.    Səhər tez durun.  Bu tip qrafik sizə daha çox işlərinizi daha açıq beyinlə görmək imkanı yaradacaq.
4.    E:mail ünvanınızı gündə 2 dəfə yoxlayın.  Son zamanlar artıq çoxunda elektron poçtun 10 dəqiqədən bir yoxlaması artıq vərdiş halını alıb – bundan uzaq olmağa çalışın.
5.    Vacib olmayan işləri iş siyahınızdan çıxarın.  Bu tip xırda işlər sizin gününüzün böyük bir hissəsini boşuna apara bilər.
6.    İş masanızı və otağınızı yığışdırın. Bu proses insanda fokusun formalaşmasına, kreativliyin inkişafına gətirib çıxarır.
7.    Avtomatlaşdır. İmkan tapdıqca işlərinizi avtomatlaşdırın (işlərinizi vərdiş halına gətirin).
8.    İşlər üçün dəqiq qurtarma vaxtı təyin edin.
9.    Həftədə bir gün işdən uzaq olun. Həftənin hər hansı bir günü, misal üçün Bazar gününü özünüz üçün istirahət günü elan edin və kompüterdən, e:mail-dən uzaq olun. Çalışın daha çox gəzin, insanlarla təmasda olun.

Şəxsi inkişaf vərdişləri

1.    Həftəyə 1 kitab oxuyun. Beynin aktiv saxlanması üçün kitab oxumaq ən gözəl vasitələrdən biridir. Gündə sadəcə 30 dəqiqə kitab oxumaqla siz orta ölçülü kitabı 1 həftəyə , ilə isə 50 kitab oxuya bilərsiniz.
2.    Krossvord, məntiqi məsələ həll edin.
3.    Pozitiv düşünün. Sizi məhz düşüncələriniz formalaşdırır.
4.    Sürətli qərarlar qəbul edin. Çalışın gün ərzində bəzi məsələləri çıxmaq şərti ilə digərləri barəsində qərarı sürətli verəsiniz. 1-2 saat fikirləşmək əvəzinə 1 dəqiqəyə qərar qəbul edin.
5.    Nəsə almamışdan qabaq gözləyin. Nəyisə almamışdan əvvəl sadəcə 48 saat gözləməyi yoxlayın – bu metod sizə çoxlu pul qənaət etməyə kömək edəcək.
6.    Gündə 30 dəqiqə meditasiya edin.

Karyera vərdişləri

1.    Bloqda yazmağa başlayın. Bloqçuluq sizin fikirlərinizi sizin zindanınızdan azad etməyin ən ucuz yoludur – lap şəxsi məsələlər olsa belə, onlar haqqında yazın.
2.    İşlərinizdən ibarət portfel yaradın. Gördüyünüz işləri digər insanlara göstərməyin ən gözəl yollarından biri onları bir yerə yığmaqdır.

Son xəbərlər
Digər xəbərlər