Hakerlər YouTube-a hücum edib Despacito-nu siliblər

Prosox and Kuroiʼsh haker qruplaşması YouTube-da Vevo musiqi kanalını sındırıb. Dələduzlar serverin tarixində ən məşhur musiqi videosunu (5 milyard baxış) – Luis Fonsi və Daddy Yankee-nin Despacito mahnısının klipini siliblər.

Castin Biberin (Justin Bieber) ifasında Despacito hələ də izlənilir.

Despacito-nun əvəzinə hakerlər maskalı adamlardan ibarət şəxsi videolarını yerləşdiriblər. Sonra bu video silinib.

Hətta hakerlər Vevo kanalında digər kliplərin adlarını da dəyişiblər. Taylor Swift, Selena Gomez və Drake-in videoları da zərər çəkib.

Şübhəli bilinən hakerlərdən biri Twitter-də YouTube-a sadəcə əylənmək üçün hücum etdiyini yazıb.

📝 RƏY BİLDİR