4 C
Baku
Friday, March 29, 2024

Hakerlər “Mail.ru”da 25 milyon akkauntu ələ keçirib

“Mail.Ru Group” şirkətinə məxsus saytlarda istifadəçilərin qeydiyyatdan keçirdikləri təxminən 25 milyon akkaunt haker hücumuna məruz qalıb.

“svopi.ru” saytına istinadən məlumata görə, güman edilir ki, kibercinayətin əsas iştirakçısı iki nəfərdir. Onlar “cfire.mail.ru saytının 12,8 milyon akkauntuna, “parapa.mail.ru” saytında 8,9 milyon səhifəyə və “tanks.mail.ru” saytında 3,2 milyon profilə qanunsuz giriş əldə edib. Kibercinayətkarlar istifadəçi niklərinə, elektron poçt ünvanlarına, şifrə və digər şəxsi məlumatlara sahib olublar. Bunun adları çəkilən internet saylarında tətbiq olunan “vBulletin” əlavəsindəki zəiflikdən qaynaqlandığı bildirilir.

Profilləri ələ keçirilən bir çox istifadəçi isə şifrə üçün çox primitiv simvollardan istifadə edirmiş.

Lent.az

Son xəbərlər
Digər xəbərlər