23 C
Baku
Friday, April 19, 2024

Hansı banka getmədən kredit borcunu ödəyə bilərik?

Müasir dövrümüzdə texnalogiya ilə bağlı hər işimizi daha sadə yollarla həll etdiyimizi nəzərə alsaq, bankdan aldığımız kredit borcunu da texnalogiyadan istifadə edərək daha rahat ödəməyimiz mümkündür. Bankda növbə gözləyərək vaxt itkisinə yol verməkdənsə kreditə olan borcunuzu online qeydiyyatdan və sifarişdən istifadə etməklə kredit ödənişini çox qısa zamanda həyata keçirməyiniz daha sərfəlidir. 

Banka və yaxud filiallara yaxınlaşmadan qısa müddətdə, Milliön, online-sayt üzərindən, bankomat, telefon bankçılığı vasitəsi ilə ödəniş edə bilərsiniz. Bu sistemlərin hansı bankda aktiv olduğunu aşağıdakı cədvəldə görə bilərsiniz.

N Bankların adı Online-saytdan ödəniş Bankomat Milli ÖN Cash-in (ödəniş terminalı)
1 Bank of Baku x x x x
2 Unibank x x x x
3 Bank Respublika x x x x
4 DəmirBank x x x  
5 Access Bank x x    
6 Bank Silk Way x     x
7 Kapital Bank x x    
8 Ata Bank x   x  
9 Bank of Azerbaijan       x
10 Bank Technique x  x    
11 FİNCA     x  
12 Bank Standard     x  
13 AG Bank     x  
14 AzerCredit     x  
15 Nikoil Bank     x  
16 TBC Kredit     x  
17 Turan Bank x   x  

Bank vasitəsi ilə kredit ödənişi

Kredit ödənişinin belə desək ənənəvi üsulu banka gedərək kredit borcunuzu ödəməkdir. Sadecə ödəniş cədvəlinə əsasən ödəniş etməli olduğunuz gün ödəniş cədvəlini və kredit borcunuz miqdarında pulunu alarək banka gəlirsiniz. Ödəniş cədvəlinizlə birgə əməliyyatçıya yaxınlaşırsınız, o isə sizi kassaya yönləndircək, kassaya yaxınlaşıb ödəniş cədvəlini təqdim edirsiniz, hansı ay hansı məbləği ödədiyinizi ona bildirirsiniz. Bundan sonra pulu ödəyirsiniz, kassadan təsdiqləndikdən sonra sizə çek verilir. Əgər sonuncu ödənişdisə mütləq əməliyyatçıya yaxınlaşıb borcunuzun tamamiylə bağlanmasını təsdiq edən sənəd almaq lazımdır ki, bu xüsusi ilə borcun vaxtından əvvəl ödəndiyi hallar da vacibdir.

Milli Ön vasitəsi ilə kredit ödənişi

Günün istənilən vaxtı paypoint vasitəsi ilə kredit borcunuzu ödəyə bilərsiniz. Burda əsas məqsəd vaxta qənaətdir ki, bunun üçün kredit ödənişlərini ölkəmizin müxtəlif yerlərində yerləşdirilmiş 600-ə yaxın Milli Ön ödəmə terminallarının köməyi ilə həyata keçirə bilərsiniz.

Kredit ödənişlərini paypoint ödəmə terminalları vasitəsilə həyata keçirmək üçün sizə təkcə kredit aldığınız banka yaxınlaşaraq “kredit İD” kodunuzu almaq lazımdır. Kredit borcunuzu aşağıdakı ardıcıllığı izləyərək ödəyə bilərsiniz:

  • Terminalın ekranından “Bank xidmətləri” bölməsini seçin;
  • Növbəti açılan pəncərədən “Bankınızı” seçin;
  • Sonra bankdan aldığınız “Kredit İD”-nizi 2 dəfə daxil edin;
  • “Kredit İD”-nizi 2 dəfə daxil etdikdən sonra sizin adınız, soyadınız və atanızın adı ekranda çıxacaq;
  • Adınız və soyadınıza əsasən kredit kodunuzu düz daxil etmənizə əmin olduqdan sonra ödəniləcək məbləği terminala daxil edin;
  • Terminaldan çıxan qəbz, ödənişi təsdiq edən sənəd sayılır və saxlanmanız məqsədə uyğundur.
  • Terminaldan kredit borcunuzu ödədiyiniz sizdən üçün xidmət haqqı tutulmur.

Online – bankın saytı və ya xüsusi sayt vasitəsi ilə kredit ödənişi

İnternet vasitəsi kredit aldığınız bankın səhifəsinə daxil olub, ordan uyğun bolməni məsələn, “Kreditin onlayn ödənişi” səhifəsini seçərək kredit ödənişinizi həyata keçirə bilərsiniz. Səhifəyə daxil olun və hesab və şəxsiyyət vəsiqəsinizin nömrəsini daxil edin (seriyanın yalnız rəqəm hissəsini). Növbəti səhifələrdə ödəyəcəyiniz məbləği, kredit kartınızın məlumatlarını və təhlükəsizlik kodunu qeyd etməli olacaqsınız. Pulu köçürəndən sonra kreditiniz üzrə borcunuz müəyyən ediləcək və kredit cədvəlinə uyğun silinəcək, kredit borcu avtomatik olaraq cari hesabdan ödəniləcəkdir.

Plastik kart üzrə kredit borcunun onlayn ödənilməsi üçün isə həmin karta bağlı cari hesab nömrəsini (daxil edilməsi vacib olan) Bankda dəqiqləşdirmək lazımdır(kart nömrəsi bu əməliyyatın aparılması üçün istifadə olunmur).

Bankomat vasitəsi ilə kredit ödənişi

Plastik kartınız vasit’si ilə bankomatdan da kredit borcunuzu ödəyəbilərsiniz. Belə ki, kartınızdan borclu olduğunuz məbləğ silinəcək, uyğun kreditin borcunuz üzrə hesaba yönləndirilərək borcunuz ödəniləcəkdir. Bunun üçün sizə, plastik kartınızın məlumatları, eyni zamanda ödəniləcək hesabın məlumatları lazım olacaq. Məsələn, plastik kartlarla olan kredit xəttini bankomatdan istifadə edərək ödəmək mümkünür.

Telefon Bankçılıq vasitəsi ilə kredit ödənişi

  • Kredit borcunuu telefonla ödəyə bilərsiniz. Bunun üçün sadəcə telefonunuzdan, bankınızdan aldığınız kodu və plastik kartınızdan istifadə edə bilərsiniz.
  • Kredit borcunuzu aşağıdakı ardıcılıqla ödəyə bilərsiniz:
  • Şəhər və mobil nömrəsindən bankınızın təklif etdiyi nömrəni yığın və müvafiq menyunu seçin,
  • Sistemə daxil olmaq üçün 6 rəqəmli kodu daxil edin. Kod kreditin ödəniş çekinin yuxarı sol küncündə qeyd olunur
  • Sistem tərəfindən təqdim edilən siyahıdan kredit növünü seçin.
  • Ödəniş menyusunu seçin;
  • Ödəniş aparmaq üçün kartın məlumatlarını daxil edin;
  • Ödəmək istədiyiniz məbləği qeyd edin.

Qeyd:

  • Məlumat almaq və ödəniş etmək üçün Sizi bütün mərhələlərdə müşayət edəcək elektron bələdçi mövcuddur,
  • Kod yalnış daxil edildikdə həmin telefon nömrəsindən sistemə daxil olma 15 dəqiqəlik bloklaşdırılır.
  • İş saatlarından kənar daxil olan ödənişlər növbəti iş günü tarixi ilə qəbul edilir.
  • Məlumat gündəlik olaraq saat 10:00-a dək yenilənir.
Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.