Daşınmaz əmlak girovu ilə verilən kreditlər –  rəsmi iş yeri olan və istehlak məqsədilə yüksək məbləğdə kredit əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Məlumunuz üzrə adi istehlak kreditləri bəzi istisnaları nəzərə almasaq məbləğ olaraq maksimum 10 000 AZN civarındadır. Lakin, rəsmi gəliri yüksək olan bəzi şəxslər var ki, ehtiyaclarını ödəmək üçün daha yüksək məbləğdə nağd kreditə ehtiyac duyurlar. Bu ehtiyaclara misal olaraq əsaslı təmir-tikinti işlərini, daşınmaz əmlakın alınmasını, avtomobil alınmasını və s. misal göstərmək olar. Bu tip müştərilərin ehtiyaclarını nəzərə alan Banklar onların tələbatını ödəmək üçün daşınmaz əmlak girovlu kredit məhsulunu təklif edirlər. Bir məqamı xüsusilə vurğulamaq istərdik ki, müvafiq kreditlərin əldə edilməsi üçün yalnız daşınmaz əmlakın girov şəklində təqdim edilməsi kifayət deyil. Daşınmaz əmlak kredit məbləğinin artırılması üçün zəruridir, kredit isə müştərinin Banka təqdim etdiyi və rəsmi gəlirlərini təsdiq edən sənədlər əsasında rəsmiləşdirilir.

Aşağıdakı cədvəllərdə bu krediti təklif edən Banklar və onların şərtləri qeyd edilmişdir.

Bank Kreditin məbləği Kreditin müddəti İllik faiz dərəcəsi Komissiya
AccessBank

 

“Təmir krediti” və “Tikinti krediti”

Min. 10 000 AZN –  Maks. 150 000 AZN 3-24 ay 28% 1%
Bank BTB Min. 300 AZN –  Maks. 70 000 AZN 3-36 ay Min.23% Rəsmiləşdirmə – 0.5%

Nağdlaşdırma – 1%

Express Bank Min. 3000 AZN –  Maks. 30 000 AZN 12 – 36 ay Məbləğ

15 000 AZN-dək – 22% 15 001 – 30 000 AZN – 26%

Rəsmiləşdirmə – 2%

Nağdlaşdırma – 1%

Bank of Baku

 

“Mümkündür!” kredit məhsulu

Min. 300 AZN –  Maks. 70 000 AZN 3-36 ay Kreditin müddəti

12 ayadək olduqda – 23%

13- 24 ay odluqda – 24%

25-36 ay  olduqda – 25%

Kreditin müddəti

3-24 ay olduqda – 1%

25-36 ay  olduqda – 1,5%

TuranBank Girov dəyərinin 70%-i (maksimum hədd yoxdur) 3-24 ay Min.28% 1% + əmlak və həyat sığortası

 

Qeyd edilƏn kreditlərlə bağlı əlavə şərtlər aşağıdakı kimidir:

Bank *Kredit məbləğinin girovun dəyərinə olan nisbəti **Güzəşt müddəti Tələb edilən sənədlər
AccessBank

 

“Təmir krediti” və “Tikinti krediti”

Maksimum 70% 12 ayadək mümkündür 1. Şəxsiyyət vəsiqəsi
2.İş yerindən arayış
Bank BTB Maksimum 70% 6 ayadək mümkündür 1.  Şəxsiyyət vəsiqəsi
2. Gəlirləri təsdiq edən sənədlər.
Express Bank Maksimum 70% mümkün deyil 1. Şəxsiyyət vəsiqəsi
2.İş yerindən arayış (yalnız 15 000 AZN-dən yuxarı kreditlər üzrə tələb edilir)
Bank of Baku

 

“Mümkündür!” kredit məhsulu

Maksimum 70% mümkün deyil 1. Şəxsiyyət vəsiqəsi
2.İş yerindən arayış
TuranBank Maksimum 70% 3 ayadək mümkündür 1. Şəxsiyyət vəsiqəsi
2.İş yerindən arayış

*Kredit məbləğinin girovun dəyərinə olan nisbəti – Misal üçün Sizin Banka girov olaraq təqdim etdiyiniz əmlak qiymətləndirici tərəfindən 50 000 AZN dəyərində qiymətləndirilmişdir. Belə olan halda Bankdan əldə edəcəyiniz maksimum məbləğ rəsmi gəliriniz də nəzərə alınmaqla 35 000 AZN (50 000 * 70%) olacaqdır.

**Güzəşt müddəti  – Bu imkanı təqdim edən Banklar, kredit əldə edən müştərilərə qeyd edilən müddətdə yalnız faiz ödənişlərini ödəmək üçün imkan yarada bilər. Əsas borc üzrə ödəniş güzəşt müddəti bitdiyi aydan sonrakı növbəti aydan başlanır.