Növbəti araşdırma mövzumuz yenə də Debet Kartlardır. Bu mövzu haqqında  dəfələrlə fərqli aspektlərdə araşdırma aparmışıq. Lakin mövzu çox geniş və maraqlı olduğu üçün, yenidən bu mövzuya qayıtdıq.  Debet Kartlar hal hazırda Banklarımız nöqteyi-nəzərindən çox əhəmiyyətli bir məhsuldur. Belə ki, bütün dünyada olduğu kimi Azərbaycanda da nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Dövlət də, bu prosesə öz dəstəyini əsirgəmir, çünki şəffaf ödəniş mühitinin yaradılması və digər neqativ halların (vergidənyayınma və s.) qarşısının alınmasında nağdsız ödənişlər mühüm rol oynayır.

Debet kartlar – əksər bank məhsulları kimi ödənişlidir. Lakin bəzi Banklar müəyyən tələblər çərçivəsində müştərilərə müvafiq kartları pulsuz əldə etmək imkanı yaradıblar. Bu tələblər əsasən “ilkin mədaxil” və “sığorta depoziti” tələbləridir.

İlkin mədaxil tələbi – bu imkan müştəriyə kart hesabına əvvəlcədən Bank tərəfindən müəyyən edilmiş vəsaiti daxil etməklə kartı pulsuz əldə etmək imkanı verir. Mədaxil edilmiş vəsait vəsait kartı əldə etdikdən dərhal sonra nağd və ya nağdsız formada istifadə edilə bilər.

Sığorta depoziti tələbi – bu tələbin ilkin mədaxil tələbiylə fərqi ondan ibarətdir ki, kart hesabına mədaxil edilmiş vəsait kart müddətinin sonuna qədər Bank tərəfindən bloklanır və istifadəsinə yol verilmir.

Araşdırma nəticəsində məlumumuz oldu ki, Banklar müştərilər üçün daha çox cəlbedici olan “ilkin mədaxil” tələbini tətbiq etməkdədir. Aşağıdakı cədvəldə müştərilər üçün müvafiq imkanı yaradan Banklar, kart növləri və s.ətraflı qeyd edilmişdir.

BankKartKartın müddətiKartı pulsuz əldə etmək üçün minimal mədaxil tələbi
AccessbankMC Standart / Visa Classic1 il / 2 il / 3il1 illik - 500 AZN /USD/EUR
2 illik - 800 AZN /USD/EUR
3 illik - 1000 AZN /USD/EUR
MC Gold / Visa Gold1 il / 2 il / 3il1 illik - 1500 AZN /USD/EUR
2 illik - 2000 AZN /USD/EUR
3 illik - 2500 AZN /USD/EUR
MC Platinium / Visa Platinium1 il / 2 il / 3il1 illik - 3000 AZN /USD/EUR
2 illik - 3500 AZN /USD/EUR
3 illik - 4000 AZN /USD/EUR
AgBankMC Standart / Visa Classic1 il1000 AZN
MC Gold / Visa Gold1 il3000 AZN
AmrahbankVisa Classik1 il100 AZN/USD
Visa Gold1 il500 AZN/USD/EUR
Mastercard Platinum1 il1000 AZN/USD/EUR
Bank RespublikaMaestro / Visa Electron5 il 100 AZN/USD
MC Standart / Visa Classic5 il 200 AZN/USD
MC Gold / Visa Gold5 il 1000 AZN/USD
MC Platinium / Visa Platinium5 il 5000 AZN/USD
World Elite / Visa Infinite5 il 15 000 AZN/USD
Bank of BakuBolkart Gənc1 il150 AZN / USD / EUR
Bolkart Ailə1 il300 AZN / USD / EUR
Bolkart Gold2 il / 3 il1000 AZN / USD / EUR
MC Standart / Visa Classic1 il300 AZN / USD / EUR
MC Gold / Visa Gold1 il1000 AZN / USD / EUR
Visa Infinite 1 il100 000 AZN / USD /EUR
Expressbank MC Gold / Visa Gold1 il / 2 il / 3il400 AZN / USD / EUR və ya
100 AZN / USD /EUR sığorta məbləği
MC Platinium / Visa Platinium1 il / 2 il / 3il800 AZN / USD / EUR və ya
200 AZN / USD /EUR sığorta məbləği
Kapital BankKapitalKart2 il20 AZN
(07.10.2017-ci il tarixinədək keçirilən kampaniya çərçivəsində)
Nikoil BankMaestro / Visa Electron1 il / 2 il / 3il 1 illik - 200 AZN, 2 illik - 400 AZN, 3 illik - 600 AZN
MC Standart / Visa Classic1 il / 2 il / 3il 1 illik - 500 AZN, 2 illik - 1000 AZN, 3 illik - 1500 AZN
MC Gold / Visa Gold1 il / 2 il / 3il 1 illik - 1000 AZN, 2 illik - 2000 AZN, 3 illik - 3000 AZN
MC Platinium / Visa Platinium1 il / 2 il / 3il 1 illik - 5000 AZN, 2 illik - 10 000 AZN, 3 illik - 15 000 AZN
Rabitə BankVisa Electron1 il / 2 il / 3il1 illik - 300 AZN, 200(USD/EUR)
2 illik - 600 AZN, 400(USD/EUR)
3 illik - 800 AZN, 500(USD/EUR)
MC Standart / Visa Classic1 il / 2 il / 3il1 illik - 500 AZN, 300(USD/EUR)
2 illik - 800 AZN, 500(USD/EUR)
3 illik - 800 AZN, 600(USD/EUR)
MC Gold / Visa Gold1 il / 2 il / 3il1 illik - 800 AZN, 500(USD/EUR)
2 illik - 1000 AZN, 700(USD/EUR)
3 illik - 1500 AZN, 1000(USD/EUR)
MC Platinium1 il / 2 il / 3il1 illik - 4000 AZN, 2500(USD/EUR)
2 illik - 6000 AZN, 3800(USD/EUR)
3 illik - 8000 AZN, 5000(USD/EUR)
VTB Bank AzərbaycanVisa Classic1 il / 2 il / 3il1 illik - 1000 AZN /USD/EUR
2 illik - 1500 AZN /USD/EUR
3 illik - 2000 AZN /USD/EUR
Visa Gold1 il / 2 il / 3il1 illik - 2000 AZN /USD/EUR
2 illik - 3000 AZN /USD/EUR
3 illik - 4000 AZN /USD/EUR
Visa Platinium1 il / 2 il / 3il1 illik - 5000 AZN /USD/EUR
2 illik - 8000 AZN /USD/EUR
3 illik - 10000 AZN /USD/EUR
Xalq BankMC Debit / Visa Electron1 il / 2 il / 3ilBakı: 50 AZN/USD/EUR, Digər regionlar :25 AZN/USD/EUR
MC Standard / Visa Classic1 il / 2 il / 3ilBakı: 100 AZN/USD/EUR, Digər regionlar :50 AZN/USD/EUR
MC Gold / Visa Gold1 il / 2 il / 3ilBakı: 500 AZN/USD/EUR, Digər regionlar :250 AZN/USD/EUR
Visa Platinum1 il / 2 il / 3il Bakı: 1000 AZN/USD/EUR, Digər regionlar: 500 AZN/USD/EUR