15 C
Baku
Friday, April 26, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Hansı Bankdan pulsuz debet kart əldə etmək olar?

Hansı Bankdan pulsuz debet kart əldə etmək olar?

0
Hansı Bankdan pulsuz debet kart əldə etmək olar?

Növbəti araşdırma mövzumuz yenə də Debet Kartlardır. Bu mövzu haqqında  dəfələrlə fərqli aspektlərdə araşdırma aparmışıq. Lakin mövzu çox geniş və maraqlı olduğu üçün, yenidən bu mövzuya qayıtdıq.  Debet Kartlar hal hazırda Banklarımız nöqteyi-nəzərindən çox əhəmiyyətli bir məhsuldur. Belə ki, bütün dünyada olduğu kimi Azərbaycanda da nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Dövlət də, bu prosesə öz dəstəyini əsirgəmir, çünki şəffaf ödəniş mühitinin yaradılması və digər neqativ halların (vergidənyayınma və s.) qarşısının alınmasında nağdsız ödənişlər mühüm rol oynayır.

Debet kartlar – əksər bank məhsulları kimi ödənişlidir. Lakin bəzi Banklar müəyyən tələblər çərçivəsində müştərilərə müvafiq kartları pulsuz əldə etmək imkanı yaradıblar. Bu tələblər əsasən “ilkin mədaxil” və “sığorta depoziti” tələbləridir.

İlkin mədaxil tələbi – bu imkan müştəriyə kart hesabına əvvəlcədən Bank tərəfindən müəyyən edilmiş vəsaiti daxil etməklə kartı pulsuz əldə etmək imkanı verir. Mədaxil edilmiş vəsait vəsait kartı əldə etdikdən dərhal sonra nağd və ya nağdsız formada istifadə edilə bilər.

Sığorta depoziti tələbi – bu tələbin ilkin mədaxil tələbiylə fərqi ondan ibarətdir ki, kart hesabına mədaxil edilmiş vəsait kart müddətinin sonuna qədər Bank tərəfindən bloklanır və istifadəsinə yol verilmir.

Araşdırma nəticəsində məlumumuz oldu ki, Banklar müştərilər üçün daha çox cəlbedici olan “ilkin mədaxil” tələbini tətbiq etməkdədir. Aşağıdakı cədvəldə müştərilər üçün müvafiq imkanı yaradan Banklar, kart növləri və s.ətraflı qeyd edilmişdir.
[table id=503 /]