Qızıl girovu ilə verilən kreditlər – digər adı ilə “Lombard” kreditləri vaxtilə əksər Banklarda təklif edilirdi. Lakin krizisi dövründə əksər kredit məhsulları kimi bu məhsulun da rəsmiləşməsi Banklarda məhdudlaşdırıldı. Səbəblər müxtəlif idi: USD/AZN məzənnəsinin aşağı-yuxarı meyl etməsi ilə qızılın qiymətində baş verən dəyişikliklər, müştərilərin ödəniş qabiliiyətlərinin azalması fonunda kredit borcunun ödənə bilməməsi və nəticədə girov predmetinin satışa çıxarılaraq borcun bağlanması. Bütün bu sadalanan səbəblər Lombard kreditlərinin Banklar üçün riskli kreditlər kateqoriyasına aid edilməsinə əsas verirdi.

Hal-hazırda ölkə üzrə krizis səngiməkdədir və Banklar da öz növbəsində vaxtilə müştərilərin geniş marağına səbəb olan bu məhsulu yenidən təklif etməkdədirlər. Məhsulun əsas üstünlüyü – müştərinin rəsmi iş yeri, iş stajı, rəsmi gəlir məbləği və s.amillərlə bağlı heç bir tələbin olmamasıdır. Prosedur çox sadədir – Sizə məxsus olan qiymətli zinyət əşyaları və şəxsiyyət vəsiqənizlə bir yerdə banka yaxınlaşırsız. Zinyət əşyaları Bank tərəfindən qiymətləndirildikdən sonra Sizə bankın tariflərinə uyğun müddət, məbləğ və faiz dərəcəsi ilə nağd kredit ayrılır. Qiymətləndirmə əksər hallarda Bankın əməkdaşı tərəfindən , bəzən isə Bankın müqavilə əsasında çalışdığı xüsusi zərgərlər tərəfindən aparılır.

Aşağıdakı cədvəldə Lombard krediti təklif edən Banklar və onların şərtləri qeyd edilmişdir.

Bank Kreditin məbləği Kreditin müddəti İllik faiz dərəcəsi Komissiya Kredit məbləğinin qızılın dəyərinə olan nisbəti

(*LTV əmsalı)

Bank BTB Min. 300 AZN –  Maks. 5000 AZN 3-24 ay 34% 1% Maksimum 70%
Bank Respublika Min. 300 AZN –  Maks. 10 000 AZN 3-24 ay 3 ay – 26%

3-24 ay – 36%

3% Maksimum 70%
Express Bank Min. 300 AZN –  Maks. 10 000 AZN 3-30 ay 33%

(**güzəşt müddətli 36%)

1% Maksimum 70%
Rabitə Bank Min. 300 AZN –  Maks. 10 000 AZN 3 – 24 ay 3 ay  – 24%

4-6 ay -28%

7-12 ay – 30%

13-18 ay – 32%

19-24 ay – 36%

1% Maksimum 60%
Turan Bank Min. 300 AZN –  Maks. 10 000 AZN ***3 – 24 ay 6 aylıq – 29%

24 aylıq – 36%

1% Maksimum 70%

 

*LTV (Loan to value) əmsalı – kreditin ümumi məbləğinin (əsas borc, kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu və komissiya xərcləri) kredit üzrə təminatın dəyərinə nisbəti əmsalı.

** Express Bank-da 3-6 ay müddətinə möhlət müddəti əldə etmək mümkündür. Bu dövrdə yalnız hesablanmış faizlər ödəniş şəklində tələb edilir.*LTV (Loan to value) əmsalı – kreditin ümumi məbləğinin (əsas borc, kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu və komissiya xərcləri) kredit üzrə təminatın dəyərinə nisbəti əmsalı.

*** Turan Bank-da 3 ayadək möhlət müddəti əldə etmək mümkündür. Bu dövrdə yalnız hesablanmış faizlər ödəniş şəklində tələb edilir