Avtomobil kreditləri – təxminən 2-3 il bundan əvvəl  Banklar tərəfindən ən çox təklif edilən kredit məhsullarından hesab edilirdi. Bəzi statistik məlumatlara əsasən ölkədə alınan yeni avtomobillərin 70-ə yaxın hissəsi məhz bank krediti yolu ilə alınırdı. Lakin sonradan iqtisadi həyatda baş vermiş dəyişikliklər, əksər sektorlara ciddi təsir etdiyi kimi avtomobil satışı sektorundan da təsirsiz ötüşmədi.

Avtomobil kreditlərinin Bankların kredit portfelində xüsusi çəkisinin azalmasının bir neçə səbəbi var idi. Bu səbəblərə misal olaraq, devalvasiya nəticəsində avtomobil qiymətlərinin manat ekvivalentinin kəskin artmasını, dövlətin müvafiq qurumları tərəfindən avtomobil kreditləri şərtləri ilə bağlı bəzi məhdudiyyətlərin qoyulmasını, insanların maddi rifahının nisbətən zəifləməsini və s. göstərmək olar.

Bəs hal-hazırda Banklarda avtomobil kreditləri təklif edilirmi? 

Bu sualın cavabını tapmaq üçün, vaxtilə bu tip kreditlərin rəsmiləşdirilməsində ixtisaslaşmış Banklarla əlaqə saxladıq. Cəmi 5 bankdan sorğumuza müsbət cavab aldıq. Bu Banklar  – Bank of Baku, BTB Bank, YapıkrediBank, Rabitə Bank və NBC Bankdır.

Aşağıdakı cədvəllərdə adları çəkilən Bankların avtomobil kreditləri üzrə təklif etdiyi şərtlər müqayisəli formada əks olunmuşdur.

 

Bank Maksimum məbləğ Maksimum müddət İllik faiz dərəcəsi Kreditin komissiyası
Bank of Baku 25 000 AZN 36 ay 20% 1.5%
BTB Bank 80 000 AZN 36 ay 12 ayadək kreditlər – 25%

13 – 24 ay arası kreditlər – 26%

25 – 36 ay arası kreditər – 27%

1%
YapıkrediBank 30 000 AZN 36 ay Yeni müştərilər- 24%

Təkrar müştərilər (son 6 ay) – 23%

Audi, Porshe, Wolskvagen, Seat  – 19%

1%
Rabitə Bank 30 000 AZN 36 ay 12 ayadək kreditlər – 18%

13 – 24 ay arası kreditlər – 20%

25 – 36 ay arası kreditər – 22%

1%
NBC Bank Nissan, İnfiniti, Ford, Renault və DongFeng – 500 000 AZN;

Digər avtomobil markaları – 100 000 AZN.

60 ay Yeni müştərilər – 26%

Təkrar müştərilər – Fərdi qaydada baxılır

0%

 

Adları yuxarıda qeyd edilən banklarda təklif olunan kreditlərin əldə edilməsi üçün şərtlər aşağıdakı kimidir.

Bank İlkin ödəniş Sığorta şirkəti Kreditləşən avtomobillər
Bank of Baku Minimum 50% Atəşgah Sığorta Auto Azərbaycan MMC və onun dilerləri  tərəfindən satılan Hyundai markalı avtomobillər
BTB Bank Avtomobilin dəyəri > 30 000 AZN olduqda – 40%

Avtomobilin dəyəri ≤ 30 000 AZN olduqda – 50%

İkinci əl avtolar (buraxılış ili > 1 il) – 80%

Müxtəlif şirkətlərlə əməkdaşlıq edilir Əksər avtomobil markaları kreditləşdirilir.
YapıkrediBank Avtomobilin dəyəri > 30 000 AZN olduqda – 60%

Avtomobilin dəyəri ≤ 30 000 AZN olduqda – 50%

İkinci əl avtolar (buraxılış ili > 2014) – 80%

Atəşgah Sığorta

və ya

AXA MBASK

Xüsusi bir tələb yoxdur
Rabitə Bank Avtomobilin dəyəri > 30 000 AZN olduqda – 40%

Avtomobilin dəyəri ≤ 30 000 AZN olduqda – 50%

İkinci əl avtolar (buraxılış ili > 1 il) – 80%

Meqa Sığorta İki qapılı idman və limuzin tipli, həmçinin Hummer, Bentley, Azsamand, Citroen, Saab, Volvo, SsangYong, Peugeot, Jaguar, Mercedes A class, Audi TT və Cherry markalı istisna olmaqla digər avtomobil markaları
NBC Bank Marka və modeldən asılı olaraq

minimum 30% – maksimum 50%

Rəvan Sığorta Əsasən partnyor olan avtosalonlarla əməkdaşlıq edilir.