25 C
Baku
Friday, April 19, 2024

Hansı hallar bank sirrinin açılması hesab olunmur?

Ölkənin təhlükəsizliyini üçün dövlət sirri mövcuddur. Müştərilərin rahatlığına təminat verən bank sirri necə varmı? Nəzərinizə çatdıraq ki, Bank sirri Azərbaycan Respublikasının Banklar haqqında Qanunu ilə tənzimlənir. Bank sirrini təşkil edən hallar aşağıdakılardan ibarətdir:

  1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.
  2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin bank nəzarəti üzrə səlahiyyətlərin həyata keçirməsi prosesində Mərkəzi Bankın inspektorlarına, kənar auditorlara, siğortaçıların fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar siğorta nəzarəti orqanına, «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda maliyyə monitorinqi orqanına, habelə bu Qanuna müvafiq surətdə kredit reyestrinə verilir. Dövlətorqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb   yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. İcra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədarmüştərilərin hesab qalıqları barədə məlumatlar qanunvericiliklə müəyyən olunmuş mənbələrdən əldə edilmiş məlumat əsasında icra məmurlarına verilir. Əmanətlərinsığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığortahadisəsi baş verdikdə, əmanətçilər barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada Əmanətlərin Siğortalanması Fonduna verilir.
  3. Bankın xidmət etdiyi vergi ödəyicisi olan hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə məlumat vergi orqanlarına yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilir. Xüsusi seçki hesabına daxil olan və xərclənən vəsaitlər barədə məlumat banklar tərəfindən Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuş qaydada Mərkəzi Seçki Kommisiyasına verirlir.
  1. Hesabların və əmanətlərin sahibləri vəfat etdikdə, onların hesabları və əmanətləri barəsində arayışlar notariuslara onların icraatında olan vərəsəlik işləri üzrə, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə verilir.
  2. Mərkəzi Bankla xarici dövlətlərin bank tənzimləməsi və nəzarəti orqanları arasında qarşılıqlı əməkdaşlığa dair sazişə uyğun olaraq, informasiya mübadiləsinin predmeti müvafiq dövlətin ərazisində fəaliyyət göstərən və ya fəaliyyət göstərməyə hazırlaşan subyektlər haqqında informasiyadırsa, belə informasiya bank sirrinin açılması hesab olunmur, bir şərtlə ki, bu informasiya üçüncü şəxslərə verilə bilməz və yalnız bank nəzarəti məqsədləri üçün istifadə edilir.
  3. Bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları bankın idarə edilməsi və ya xidməto səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açılmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati, cinayət məsuliyyəti daşıyırlar.
  4. Bank sirrini təşkil edən məlumatlar bank tərəfindən qanunsuz olaraq açıqlandığı halda hüquqları pozulmuş müştəri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.
Son xəbərlər
Digər xəbərlər