16 C
Baku
Thursday, March 28, 2024

Hansı səbəblərə görə nəhəng şirkətlərdə işləməyə dəyməz?

Bu mətn uzun müddət nəhəng şirkətlərin ofislərində çalışan insanların fikirləri və iddiaları əsasında hazırlanmışdır və müəyyən iddialar bəzi insanlarda narazılıq doğura bilər.  Beləliklə:

Heç zaman sizi qane edən karyera inkişafına nail olmayacaqsınız:

Bir düşünün, karyera pilləsində arzuladığınız nöqtəyə gəlmək üçün daxilinizdə şirkətə  müqavimət göstərmək üçün nə dərəcədə böyük gücə sahib olmalı olduğunuzu bilirsinizmi?!

Qiymətləndirilməyən təşəbbüs:

Heç vaxt nəhəng şirkətlərdə işləməyn bir şəxs üçün cəfəngiyyat kimi görünsə də, şirkətin proqram məhsulu menyusunda bir hərfin dəyişdirilməsi və yaxud texnoloji prosesdə kiçicik bir dəyişiklik edilməsi üçün inanılmaz dərəcədə güc sərf etməli olacaqsınız. Son nəticədə, uzun müddətdən sonra istədiyinizə nail olsanız belə, bu sizə mənəci zövq bəxş etməyəcək.

Fikrinizi ictimai olaraq bəyan edə bilməyəcəksiniz:

Fərz edək ki, internet jurnalistikası üzrə mütəxəssissiniz və yaxud bazarda hər bir trenddən xəbərdarsınız. Bu zaman nəhəng şirkətlərdən birində işə düzəlsəniz iş zamanı burada susacaqsınız. Öz məhsulunuzun pis olduğunu dilə gətirə bilməyəcəksiniz. Çünki bu həm kolleqalarınıza qarşı, həm də rəqiblərinizə qarşı qeyri-etik xarakter daşıyacaq. Bütün kolleqalar sözsüz ki, çox dəyərlidir.

Team! Team! Team!

Komanda ruhu, sinerji, əlimizdən gələn hər şey şirkət üçün… Bu cümlələri nəhəng şirkətdə çox tez-tez eşidəcəksiniz. Öz bacarıqsızlığınızı və uyğunlaşa bilməməyinizi komanda məsuliyyəti arxasında gizlətməyi öyrənəcəksiniz. Layihələr bir-birini əvəzlədikdə həm uğur, həm də məğlubiyyət ümumi komandanın adı ilə bağlı olacaq.

Daim layiq olduğunuzdan daha az əmək haqqı əldə edəcəksiniz:

Megalitrlərlə qaz, trebaytlarla internet, minlərlə proqram təminatı məhsulları sata bilərsiniz, lakin əmək haqqınız yalnızca gündəlik və yaxud aylıq xərclərinizi qarşılamağa kifayət edəcək. Ən yaxşı halda, əcnəbi ölkəyə 2-3 ezamiyyət təyin edə bilərlər. Bu ezamiyyətlər bir qayda olaraq məşğul olduğunuz sahə üzrə imicinizi yüksəltməyə xidmət etdiyindən burada yenə qazanan tərəf şirkət olacaq. Sizin üçün isə bu sadəcə pul əvəzləyicisi rolunu oynayacaq.

12-14 saatınızı işdə keçirəcəksiniz:

Bu zaman özünüzü əmin etməyə çalışacaqsınız ki, lazımlı və faydalı işlə məşğulsunuz, gərgin olaraq işləyirsiniz və hamı bunun fərqindədir. Lakin hər kəs daxili olaraq bilir ki, ətrafı işdən yayınan insanlar ilə zəngindir və bu səbəbdən hər kəs eyni şəkildə davranır. Əsas olan şübhə yaratmamaqdır.

Əmək haqqının artırılması:

Zaman keçdikcə daha az məhsuldarlıqla işləməyə başlayacaqsınız. Daim faydasız məşğuliyyətlə məşğul olmağınıza baxmayaraq elə düşünəcəksiniz ki, daha çoxuna layiqsiniz və əmək haqqınız dərhal artırılmalıdır.

Sağlamlıqla bağlı problemləriniz yaranmağa başlayacaq – artıq çəki və formasını itirmiş bədən:

Heç kəsə sirr deyil ki, uzun müddət ofis şəraitində işləyən insanlar müəyyən xəstəliklərdən və problemlərdən əziyyət çəkirlər. Bu xəstəlik və problemlər siyahısında ilk sırada olan isə stress, oturaq həyat tərzinin yaratdığı fəsadlar və artıq çəkidir. Bütün bunlar isə ona görə yaranır ki, beyin və bədəniniz gün ərzində çox kalori tələb etməyən işlərlə məşğuldur.

Cümə günlərini səbirsizlikə gözləməyə başlayacaqsınız:

Fərdi sahibkar üçün cümə günü dəhşətli bir gündür. Belə ki, biznes 2 günlük durğunluq yaşayır. Ofis işçisi üçün isə bu həftənin ən yaxşı günüdür: pivə, əyləncə klubları, alış-veriş və yaxud divanda uzanaraq keçirilən 2 gün…

Yaradıcılıq ruhunu itirəcəksiniz:

Hər gün sizin kimi ətrafınızda elə də vacib işlərlə məşğul olmayan insanlar artıq ürəkbulandırmağa başlayacaq. Bir düşünün, bunun əvəzində öz startupınızı işə sala və öz prinsipinizi özünüz təyin edə bilərdiniz. Əgər belə bir yaradıcılıq ruhuna sahibsinizsə, onu “boz” ofislərdə öldürməyin!

Şərtlər necə olursa olsun, olduğunuz karyera pilləsi sizi qane etmirsə və tamamilə başqa sahənin insanı olduğunuzu düşünürsünüzsə dəyişiklik etmək üçün heç vaxt gec deyil!

Son xəbərlər
Digər xəbərlər