23 C
Baku
Saturday, April 20, 2024

Hansı sözlərə görə sizi işdən qova bilərlər?

Bizim hər birimiz arzularında qurduğu karyera pilləsinə və işgüzar uğurlara nail olmaq istəyir. Lakin bəzən göstərdiyimiz bütün səylərə baxmayaraq bu baş vermir. Bunun əsas səbəbi isə bizim rəhbər şəxslə davranış tərzimizdən asılı ola bilər. Müdir və yaxud rəhbər şəxslə ünsiyyət zamanı ona deməməli olduğunuz bir neçə ifadə mövcuddur və unutmayın ki, bu ifadələr karyeranızı məhv etməyə qadirdir.

Bu mənim öhdəliklərimə daxil deyil:

İstədiyinizi düşünə bilərsiniz, lakin öz irad və qəzəbinizi birbaşa olaraq rəhbər şəxsə ünvanlamaq etirazınızı bildirmək üçün heç də yaxşı seçim deyil. Səsləndirdiyiniz bu cümləni eşidən rəhbər şəxs haqqınızda “işdən yayınan və məsuliyyətdən qaçan” biri olaraq düşündüyü halda böyük ehtimalla yanılmayacaq.

Bu tapşırıq mənə görə deyil:

Özünüz düşünün: hansı rəhbər şəxs onun verdiyi tapşırığın öhdəsindən gəlməyi bacarmayan bir əməkdaşa sahib olmaq istəyər. Sözsüz ki, bu zaman müdirin verdiyi tapşırıq çətin və yaxud imkanlarınız xaricində ola bilər. Lakin heç bir halda “Bu tapşırıq mənə görə deyil” və yaxud “Mən bunu bacarmaram” ifadələrindən istifadə etməyin. Verilən tapşırığı tək həll etmək iqtidarında olmadığınızı anladıqda kolleqalarınızdan yardım istəyə və yaxud rəhbər şəxsdən onun həll edilməsi ilə bağlı bir neçə məsləhət verməsini xahiş edə bilərsiniz. Bu daha professional addımdır və hətta bu təşəbbüsünüz müsbət qiymətləndirilə bilər. Verilən tapşırığı necə həll etməyi bilməyə bilərsiniz, lakin heş bir şey onun həll yolunu araşdırmağa və onu həll etməyə əngəl deyil.

Bu çox sadədir:

Bu cür cavab forması əməkdaşın yersiz özündən əminliyindən və hətta lovğalığından xəbər verir. İşini yaxşı bilən rəhbər şəxs bu cavab qarşısında kifayət qədər heyrətə düçar olacaq, xüsusən də onun fikrincə verilən tapşırıq əməkdaşın düşündüyü qədər asan deyilsə…

Bu əmək haqqı qarşılığında mən bunu etməyəcəm:

Bu loyal olmayan və tənbəl əməkdaşın verdiyi cavabdır. Əməkdaşlar əldə etdikləri əmək haqqının gördükləri işin qarşılığı olaraq az olduğunu düşünərlər ki, bu da əksər hallarda reallıqdan kənardır. Çətin həll olunan tapşırıqlara müstəsna olaraq mənfi şəkildə yanaşmaq düzgün addım deyil. Əksinə, bu şirkət rəhbərliyinə öz bacarıqlarınızı və professional olaraq yetişdiyinizi sübut etmək üçün yaxşı şansdır.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər