8 C
Baku
Friday, March 29, 2024

Hansı vərdişlər insanları yoxsulluğa sürükləyir?

Alimlər hansı vərdişlərin insanları yoxsulluğa sürüklədiyini aşkarlayıblar.


Bəzi vərdişlər beynin fiziki vəziyyətinə təsir göstərir və faktiki olaraq insanları yoxsulluğa sürükləyirlər.

1. Özünə yazığı gəlmək vərdişi

Özünə yazığı gəlmək və öz bəxtinə ağlamaq vərdişi insanı yoxsulluğa sürükləyə bilir. İnsanlar öz xarici görkəmindən, gəlirlərindən, təhsilindən, mənzilindən, havadan narazı ola bilərlər. Və bunlara görə özlərini bədbəxt hesab edə bilirlər.

Bununla yanaşı, daim şikayət edən və özlərini bədbəxt hesab edən insanlara artıq ətrafındakılar mərhəmət hissi bəxş etmirlər. Belə insanlardan uzaq durmağa çalışırlar və onlardan heç nə gözləmirlər, onları şənliklərə belə dəvət etmirlər. Nəticədə, həmin insanların çox az əlaqələri qalır. Əlaqələrsiz isə karyera düzəltmək, maraqlı layihəyə qatılmaq mümkün deyil.

Özünə yazığı gəlmək az əmək haqqısı olan işə sahib olmağa səbəb olur.

2. Hər şeyə qənaət etmək vərdişi

Əgər mağazada siz ilk olaraq endirimlər olan bölməyə gedirsinizsə, əgər sizin iş yoldaşlarınızın az işlədikləri təqirdə çox maaş aldığını düşünürsünüzsə, əgər heç vaxt və heç kimə borc pul vermirsinizsə, ofisiantlara çay pulu qoymursunuzsa, deməli sizdə artıq yoxsulluq vərdişləri var.

Analitiklər hər şeydə qənaətə can atmağın insanın ağıllı şəkildə qənaətcil olmağının deyil, onda gəlirlər və xərclər arasında bir balansın olmadığının dəlalətidir. Təminatlı insan əşyalara onların həqiqi qiyməti qədər pul ödəyir.

3. Hər şeyi maddiyatla qiymətləndirmək vərdişi

Yalnız yoxsulluğa məhkum olmuş insanlar xoşbəxtliyi yüksək əmək haqqı almaqda görürlər. Onlar bahalı geymlərsiz, villasız, avtomobilsiz həyatda sevinməyin bir mənası olmadığını düşünürlər. Sosioloqlar «Sizə xoşbəxtlik üçün nə lazımdır?» sualına yalnız kasıb insanların maddi dəyərləri sadalayaraq cavab verdiklərini bəyan edirlər.
Yüksək gəlirləri olan insanlar bu sualın cavabını sadiq sevgidə və dostluqda görürlər.

4. Pulların qurtardığı zaman təşvişə düşmək vərdişi

Sizin ixtisara düşə biləcəyiniz fikri sizin ürəyinizin daha tez döyünməsinə səbəb olur. Bu daxili kasıblıq proqramı ola bilər. Varlı insanlar üçün pullar dəyişilməz bir vahid deyil: bu gün pul var, sabah yoxdu. Beləliklə pullar dövriyyə edirlər.

5. Qazandığından daha çox xərcləmək vərdişi

Siz iki iş yerində çalışırsınız, lakin sizə yenə də pul yetmir. Deməli, nələrisə dəyişmək vaxtıdır! Əgər bir insan bir kreditin digərindən nə ilə fərqləndiyini başa düşmürsə, o, heç vaxt varlı olmayacaq.

6. Sevmədiyiniz işlə məşğul olmaq vərdişi

Psixoloqlar sevmədiyi işlə məşğul olan insanların potensial olaraq uğursuzluqlara və yoxsulluğa hazır olduqlarını deyirlər. Bunun səbəbi insanı sevmədiyi işlə məşğul olmağa vadar edən daxili səbəblərdədir. Bu vərdişdən qurtulmaq üçün kiməsə lazım olan işi deyil, sizə xoş olan işi etmək lazımdır. Yalnız sevdiyiniz sahədə siz əla nəticələrə nail ola bilərsiniz!

7. Qohumlardan uzaq durmaq vərdişi

Öz ailəsindən uzaqlaşan insanlardan çox yaxşı uğursuzlar alınır. «Nəyə görə mən qaynanama zəng etməliyəm? Ona lazımdı, o da əng etsin…», «Məmməd dayı ilə Xavər xala kəndlidirlər. Onları evimizə çağırsaq, ətrafdakılar bizim haqqımızda nə düşünərlər?», «Ata, yadında sən bir dəfə məhəllədə necə hamının yanında məni danladın? Hə, mənim onda dörd yaşım var idi, lakin mən heç nəyi unutmamışam…»

Yeri gəlmişkən, demək olar ki, bütün olduqca varlı insanlar üçün ailə dünyada ən qiymətli dəyərdir. Axı ailə dəstək və təsəlli ala biləcəyimiz yeganə yerdir.

Son xəbərlər
Digər xəbərlər