24 C
Baku
Thursday, April 18, 2024

Be happy!

Bir çoxlarımız öz bəxtimizdən şikayət edər və bütün tərsliklərin səbəbini xoşbəxt olmamağımızda görərik. Lakin xoşbəxt olmaq elə də çətin deyil… Bu sətirləri sadəcə oxumaq və yaxud hər şeyinizi bölüşdüyünüz yaxın insana göndərmək də gərək deyil.

Sadəcə əməl edin…

Hər gün özünüzə tətil elan etmək və həftənin 1 gününü bütünlüklə heç nə etmədən keçirmək. Necə ki, bir çox müdrik insanlar bunu belə edir.

Xoş əhvala sahib olduğunuz anda, harda olursanız olun dayanın və “burada və indi” deyərək andan zövq alın.

Gün ərzində heç deyilsə 1 dəfə gündəlik fəaliyyətinizdə bir dəyişiklik edin. Məsələn, bu gün fərqli dırnaq boyasından və yaxud fərqli rəngdə qalstukdan istifadə edin.

Heç olmasa həftədə 1 dəfə özünüzə “qonaqlıq” vermək. Bu zaman məhsulalrın təbii və təzə olması üçün bazara müraciət etməyiniz daha məqsədəuyğundur. Təbii ki, bu qonaqlıq büdcəniz daxilində olmalıdır.

Özünüzə kiçik hədiyyələr bəxş edin. Bunu xoşa gəlməz anları unutmaq üçün deyil, xoş keçmiş günün təəssüratlarını daha da dərinləşdirmək üçün edin.

Özünüzə pozitiv mahnılardan ibarət playlist hazırlayın.

İki-üç saatınızı sosial şəbəkədə keçirmək əvəzinə, kinoya gedin və yaxud açıq havada zaman keçirin.

Sabah nə olacağı barədə az düşünün və bu gün nə hiss etdiyinizi bir o qədər də çox “ilişib” qalmayın.

Özünüzü söyməyin. Hər kəsin səhv etmək haqqı var və bu səhvlər qorxulu deyil. Əsas olan öz həyat təcrübənizdən nəticə çıxarmaq və yeni məqsədlər təyin etməkdir.

Son xəbərlər
Digər xəbərlər