8 C
Baku
Thursday, March 28, 2024

Harvard universitetinin prezidenti Dryu Faustun biznes qaydaları

ABŞ-ın qocaman universitetinin ilk qadın prezidenti liderlik keyfiyyətləri, “mən və “biz” anlayışları, həmçinin təxəyyül qabiliyyətinin imkanları haqqında öz fikirlərini bizimlə bölüşür.

Dryu Cillin Faust Nyu-Yorkda dünyaya göz açmış, amma ali təhsilini Filadelfiyanın Pensilvaniya universitetində almışdır. Burada o, tarixçi qismində öz elmi fəaliyyətinə başlamış və ABŞ-ın cənub hissəsinin vətəndaş müharibəsindən öncəki və sonrakı tarixini tədqiq etmişdir. Yeri gəlmişkən Dryunun ailəsi maliyyə və siyasi elitaya mənsubdur. Onun ulu babası Lourens Tison isə Tennessi ştatından senator seçilmişdir. Pensilvaniya universitetində 25 illik iş fəaliyyətindən sonra 2001-ci ildə Dryu  Harvardda perspektivli araşdırmalar üzrə Rokfeller institutunun dekanı olmuşdur.  Daha altı il sonra isə o, Harvardın prezidenti təyin edildi. Bununla yanaşı Faust nəinki qocaman ABŞ universitetinin ilk qadın prezidenti, həmçinin də 1672-ci ildən bəri həmin təhsil ocağının  özünü bitirməmiş ilk prezident oldu.

Maraqlı faktdır ki, onun xələfi Lourens Sammers 2006-cı ildə gender faktoru ilə insanın elmi nailiyyətləri arasında bağlılığın olması ilə bağlı etdiyi qalmaqallı iddialardan sonra istefa verməli olub. Forbesin dərc etdiyi dünyanın ən nüfuzlu qadınları reytinqində son illərdə Faust 20 pillə irəliləyərək 63-dən 43-ə yüksəlib.

• İnsanlar bütün mümkün olan və hətta mümkünsüz görünən keyfiyyətləri də liderlərin ayaqlarına yazılar, ona görə də bəzən elə təsəvvür yaranır ki, liderlər fövqəladə gücə malikdirlər. Amma əslində bütün bu keyfiyyətlər şişirdilib.

• Mən indiyə qədər öyrəndiklərimdən belə nəticəyə gəlmişəm ki, liderliyin ən vacib sirri, rəhbərlik etdiyin mühiti anlamaqda gizlənir.  Sən həmişə insanlarla qarşılıqlı münasibətdə olur, ünsiyyət qurur, öz enerjini onlarla birlikdə düzgün istiqamətdə hərəkət etmək üçün yönəldirsiniz və bu düzgün istiqamət sizin baxış bucağınıza görə düzgündür.

• Bir dəfə mən məzunların birindən soruşdum, o kariyes əleyhinə idarəetmə üzrə ekspert idi: “Mən nə etməliyəm? – İstənilən bir təşkilatın dəyişməsi üçün cəmi bir dərs var  – ünsiyyət, ünsiyyət və yenə ünsiyyət.

•  Təhsil müddətinin sonuna yaxınlaşdıqca, karyera haqqında fikirlər insana daha da yaxın gəlir. Universitetdəki təhsil dövrünüzün hər bir günündən çox ağıllı istifadə edin, çünki bu təcrübə, bu imkan unikaldır.

• Mən heç zaman öz karyeramı planlaşdırmamışam. Düzü heç vaxt Harvardın prezidenti olmağı düşünməmişdim. Və mən istəyirəm ki, öz karyerasını planlaşdıran insanlara deyim: “Həmişə improvizə etməyə hazır olun.  Fürsətləri tanımaq və yeni istiqamətdə və bəzən də qeyri adekvat istiqamətdə irəliləmək, davam etmək qabiliyyəti sizə dəyəri ölçüyə gəlməz bir xeyir gətirir, sizin maraqlarınız və baxışlarınızdan asılı olmayaraq.

 İnsanlara investisiya edin. Başa düşün ki, biznes insanlarla əlaqəlidir, siz onlara əllərindən gələni etmək üçün yardımçı olmağa çalışın.

• Bir dəfə mənə dedilər ki, “Strategiya” nəyi etməməklə bağlı etdiyin seçimdir. Mənə elə gəlir ki, bu çox vacibdir.

• Böyük bir təşkilatı idarə edəndə elə etməlisən ki, hər bir kəs özünü onun bir hissəsi kimi hiss etsin. Yalnız onda insanlar sizin istədiyiniz kimi işləyəcək.

• Mənim xoşuma gəlir ki, “mən” əvəzində “biz” deyək. İnsanlar ümumi bir iş haqqında danışanda bu çox sevindirici olur və mənim xoşuma gəlir.

• Əgər siz, bu həyatda dünyaya baxışları sizdən fərqli olan insanların mövcudluğunu dərk etmək iqtidarında olsanız, onda siz öz dünyanızda da yeni nəsə kəşf edə biləcəksiniz. Bunu qəbul edərək, siz hər hansı bir məsələnin həlli üçün müxtəlif alətlər toplusu tərtib edirsiniz. Siz həmin problemə müxtəlif bucaqlardan baxa bilirsiniz.

• Biz elə dövrdə yaşayırıq ki, bizim ətrafda hər şeyi dəyişmək şansımız var. Biz potensialımıza əngəl olacaq baryerlərin dağıdılması imkanları haqqında düşünməliyik.

• Başa düşmək lazımdır ki, bəzi şeyləri etmək çətindir, ona görə də çətinliklərin aradan qaldırılmasının ən yaxşı variantlarını düşünüb tapmaq lazımdır.

• Mən düşünürəm ki, öz öhdənə hər hansı bir lider rolunu götürmək olduqca perspektivlidir, çünki gələcək keçmişdən qaynaqlanır.

• Hamını xoşbəxt etmək mümkün deyil. Amma mən inanıram ki, əgər insanlar hiss etsə ki, siz onları dinləyirsiniz, onların fikrini nəzərə alırsınız, onların baxışlarına hörmətlə yanaşırsınız, çox güman ki, onlar hər hansı bir problemin həllində sizin qərarlarınızla daha rahat razılaşacaqlar.

Son xəbərlər
Digər xəbərlər