23 C
Baku
Tuesday, April 23, 2024

Harvardın “3″ Sirri

Harvard Universiteti haqqında 3 gizli məlumat vardır ki bunlar hamıya məlum deyil.

1. 3 yalan heykəli

Harvard Universitetinin həyətində heykəl var və tələbələr bu heykəli “3 yalan” heykəli adlandırırlar. Bu heykəlin alt hissəsində “John Harvard, founder, 1638″ yazılıb. Bəhs olunan 3 yalan isə bunlardır:

a) John Harvard Harvard Universitetini qurmayıb (O sadəcə xeyriyyəçi idi və buna görə də universitet onun şərəfinə belə adlandırılıb)

b) Universitet 1636-da qurulub, 1638-də yox!

c) John Harvardın heykəli – John Harvardin bütün şəkilləri yanğın zamanı məhv olmuşdur və heykəltaraş Daniel Chestr təsadüfi yaraşıqlı bir şagirdin şəklindən istifadə etmişdir (heç kəs bilmir ki, həqiqətdə John Harvard necə gorünür)

2. Johnson Gate darvazası

Bu  darvaza Harvard Universitetinin əsas darvazasıdır. Digər darvazalar 24/7 açıq olduğu halda Johnson Gate darvazası ilin əksər vaxtı bağlı olur. Bu ona görədir ki, tələbələr bu darvazadan gərək yalnız 2-cə dəfə keçsinlər. Birinci dəfə universitetə ilk gəlişlərində, ikinci dəfə isə universiteti bitirdiklərində. Hətta belə hesab olunur ki, bu darvazadan 2 dəfədən artıq keçilərsə bu uğursuzluqdur.

3. Videner kitabxanası

Harvardın flaqmanı hesab olunur və Henry Elkins Videnerdən sonra adlandırılıb. Henry kitab kollektoru idi və Harvard Universitetini 1907-ci ildə bitirmişdi. O, Fransadan New-Yorka gəmi ilə səyahət etmək istəyirdi və bədbəxtlikdən bu gəmi “Titanic”adlanırdı. Ölümündən sonra onun anası- Elenor Elkins Harvarda  3,5 milyon dollar verdi ki, kitabxana oğlunun adına tikilsin. Pul yardımının şərtlərindən biri də bu idi ki, Harvard binanın xarici görünüşünü dəyişdirməməlidir əks halda kitabxana Kambric şəhərinin mülkiyyətinə keçirdi. Bir neçə onillikdən sonra Harvard kitabları yerləşdirmək üçün kitabxananı genişləndirmək istəyəndə, arxitektlər bu problemi binanın xarici görünüşünü dəyişdirmədən həll etdilər: Yerin altında tunel qazdılar. Bu gün 3 milyondan çox kitab hələ də yerin altındadır və bura “Köhnə həyət” adlandırılır. Daha bir fakt isə budur ki, yeni gələn tələbələr tələb edirdilər ki, kollecin ilk ilində kampusda yaşasınlar, istədikləri vaxt kolleci tərk edə bilərdilər. Beləliklə Harvard Universitetini bitirən insanlar Harvardın həyətində yaşadılar. Bunlardan məşhurları “Facebook”-un qurucusu Mark Zuckerberg və ABŞ-ın keçmiş prezidenti Con Kennedi olmuşdur.

Müəllif: Aydan Ağazadə

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər