21 C
Baku
Thursday, April 25, 2024

Hava limanları haqqında maraqlı faktlar

Dünyanın ən qədim hava limanı “Tempelhof” 1923-cü ildə inşa edilib. Hesab edilir ki, məhzBerlində inşa edilmiş “Tempelhof” hava limanının görünüşü müasir hava limanlarının əksəriyyəti üçün bir prototip rolunu oynamışdır. 

2008-ci ildə hava limanı iqtisadi səmərəsizlik ucbatından bağlanılmağa çalışılmış, lakin şəhərin əhalisi “Tempelhof”-un Berlinin simvolu sayıldığı üçün bağlanılmasına etiraz etmişlər.

Dünyanın ən böyük hava limanı əlbəttə ki, Dubayda yerləşir. Onun sahəsi təxminən 140 kvadrat kilometrdir. Hava limanının tikintisi isə 8 milyard dollara başa gəlmişdir.

Dünyanın ən qeyri-dəqiq belə desək gecikən hava limanının Braziliya Beynəlxalq Hava limanı olduğunu artıq özüdə etiraf edib, Braziliya International (BSB). 2007-ci ildə hava limanından qrafik üzrə uçuşların sayı 27%-dən az olmuşdur. Orta gecikmə isə 52 dəqiqədir.

Ən rahat və təhlükəsiz hava limanı Hong Kong Beynəlxalq Hava Limanı hesab olunur, eyni zaman da Sinqapurda yerləşən “Shandzhi” hava limanı və Cənubi Koreyanın Seul şəhərində yerləşən “Incheon” hava limanları da bu siyahıya aid edilir.

Dünyanın ən pis hava limanları siyahısına ilk dəfə daxil olmayan hava limanlarına gəldikdə isə, İngiltərədə ‘Heathrow “ – məkanın zəif təşkilinə və yüklərin daimi itməsinə görə,Parisdəki “Charles de Gaulle” – trazitlərin pis təşkili, yoxlama növbələri və həm narahat otaqlara görə, həm də “Shemereteva” – keçidlərdəki izdiham, rahatlığın aşağı səviyyədə olması, çirklilik, fırıldaqçı taksi sürücüləri, pasport yoxlanışındakı növbələr və kafelərdəki qiymətlərin həddən artıq yuxarı səviyyədə olması səbəsi ilə bu siyahıda iştirak edirlər.

Dünyanın ən təhlükəli hava limanlarından biri də Butan Krallığında yerləşən Paro hava limanı hesab edilir. Hava Limanı 4880 metr yüksələn Himalay zirvələri ilə əhatə olunub. Belə ki, təyyarəni ancaq xüsusi təlim keçmiş pilot yerə endirə bilər.

Dünyanın ən uzun uçuş-enmə zolağı ABŞ-da “Edwards” hava bazasında yerləşir. Enmə zolağına qurumuş Rogers gölü üzərində yerləşir ki, onun uzuluğu 12 100 m-dir.

Dünyanın ən qısa uçuş-enmə zolağlarından biri də Lesotoda olan Matekanedadır. Qalxma və enmə üçün pilota yalnız 416 metr verilir və bunu əldən qaçırmaq heç də yaxşı olmayacaq, çünki zolaq 2 min 303 m yüksəklikdə olan dağ vadisindəki uçurumla qurtarır.

St Maarten (Karib) adasında yerləşən Princess Juliana Beynəlxalq Hava Limanının məşhurluğunun səbəbi isə təyyarənin dəniz tərəfdən enmə zolağına daxil olarkən onlar çimərlik, sonra üzərində təyyarlərin alçaqdan uçması barədə xəbardarlıq nişanları olan magistral yolun üzərində uçurlar.

Şotlandiyada yerləşən Bar adasındakı uçuş-enmə zolağı dayaz buxta təsviri yaradır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər