25 C
Baku
Saturday, April 20, 2024

Havayda 1 milyard dollara dünyanın ən böyük teleskopu inşa ediləcək

Havay adalarında 1 milyard dollara dünyanın ən böyük teleskopu inşa ediləcək.

Bu yeni optik sistem Mauna-Kea rəsədxanasının yeni layihəsidir və teleskop eyni adlı vulkanın zirvəsində inşa ediləcək. Onun köməkliyi ilə alimlər Yer kürəsindən 13 milyard işıq ili məsafəsində yerləşən obyektlərə nəzarət edə biləcəklər.

İlkin hesablamalara görə, bu teleskopun ərsəyə gətirilməsinə 1 milyard dollar xərclənib. Layihəni isə ABŞ, Hindistan, Kanada, Çin və Yaponiya universitetləri maliyyələşdirəcək.

Bu cihazın “ürəyi” hesab edilən daxili nəhəng güzgünün diametri 30 metrdir və 492 seqmentdən ibarət olacaq. Bu teleskopun inşa edilməsinə artıq yerli tayfaların nümayəndələri etiraz etmişlər. Belə ki, onlar əmindirlər ki, tikinti işləri “Vulkan ruhlarını” oyadacaqdır.

Xatırladaq ki, keçən ay Çilidə ALMA teleskoplarının yeni şəbəkəsi öz işinə başladı. Bir nəzarət mexanizminə bağlı 66 antena bütün Kainatın bu günə qədər görünməmiş mənzərəsini çəkməyə imkan verəcək. Alimlər ümid edirlər ki, bütün bunlar astronomiyada bir çox həllini tapmamış suallara cavab tapmağa kömək edəcəkdir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər