16 C
Baku
Thursday, March 28, 2024

Hazırda kreditlər hansı şərtlərlə verilir və neçə faizlə verilir?

Hazırda əhali maddi vəziyyətini düzəltmək üçün ilk olaraq çıxış yolunu bankdan kredit əldə etməkdə görür. Əhali demək olar ki, bir çox məsələlərdə banklara müraciət edib kredit götürərək, öz işlərini həll edirlər.  Təbii ki, bu kreditlər növündən asılı olaraq fərqli şərtlər və tələblər altında verilir.

Aydın məsələdir ki, manatın devalvasiyasının ən çox təsir etdiyi sahələrdən biri də bank sektorudur.  Artıq devalvasiyadan bir aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də bankların bir çoxu manatla verilən kreditlərini aktivləşdirməyib. Bu səbəbdən də bankdan kredit əldə etmək istəyən əhalidə çaşqınlıq yaranıb.

Bəs banklar hazırda hansı şərtlərlə kreditlər və neçə faizlə verilir?

Banklar və əhali demək olar ki, gözləmə mövqeyindədirlər. Banklar və həmçinin əhalinin gözləyə bilən qismi risk etmək istəmir. Amma bununla belə, bir qism insan vardır ki, hazırki vəziyyətdə  kredit götürməyə hazırdır.

Araşdırmalarımız göstərir ki, hazırda bir çox bank kreditləşməni ümumiyyətlə dayandırmışdır. Bu tip bankların bəziləri birbaşa bildirirlər ki kreditləşmə dayanıb, bəziləri isə sadəcə görüntü üçün müəyyən məbləğ və müəyyən sayda kredit verirlər.

Digər qrup banklar isə kreditləşməni yalnız dollar kreditləri ilə davam edirlər. Bu kreditlərin faizləri əvvəlki ilə müqayisədə demək olar ki dəyişməz qalmışdır. Bu qrupa daxil olan banklar əsasən 2 sinfə ayrılır: a) xaricdən pulu dollarla cəlb edənlər (back to back sistemi ilə əhaliyə ötürülür risk) b) əmanətləri dollarla olan banklar .

Manatla olan kreditlərdə isə demək olar ki, iflic olub. Çox cüzi sayda bank bu kreditləşməni bərpa edib. Çoxunda faizlər kifayət qədər artıb. Bu artım minimum 4-5% həcmindədir. Təbii ki, bazarda köhnə faizlə manat krediti verənlər də vardır, lakin bu maliyyə cəhətdən rentabelli məhsul edilmir. Çünki manatın devalvasiyasından sonra bazarda yüksək səviyyəli inflyasiya gözləndiyi halda, uzun müddətə vəsaitin köhnə faizlə verilməsi , demək olar ki, banklara heç bir gəlir gətirmir.

Beləliklə, Banklar dollar kreditləşməsin köhnə faizlərlə davam etdirirlər , manat kreditlərində isə nisbətən artımlar qaçılmazdır.

Son xəbərlər
Digər xəbərlər