12 C
Baku
Thursday, March 28, 2024

Hazırda pulu hara yatırmaq sərfəlidir? – Ekspert cavablandırır

Ekspert Rəşad Əliyev hazırda hansı aktivlərin daha cəlbedici olduğu haqqında fikirləri ilə bölüşüb. 

Son 3 gündə çoxları mənə sual ünvanlayıbki ,  ən cəlbedici aktiv hansıdır. Cəlbedici dedikdə baxır hansı strateqiya üzrə. Qısamüddətli və uzunmüddətli strateqiya qurmaq hələki tezdir. Buna görədə hazırda ən risksiz strateqiya çevik qısamüddətli strateqiyadır ki, əhalinin çoxuda haqlı olaraq bu strateqiyanı seçib.

Hazırda ən etibarlı aktiv dollardı, çünki ən azından onun sahibi heçnə itirməyəcək. Daşınmaz əmlak çox qeyri-müəyyəndir, çünki bazardakı hazırki vəziyyətdən məlumat azdır. Əmlak bazarındakı məlumatlar ancaq müəyyən müddətdən sonra üzə çıxacaq. Bazarın gələcək hərəkət istiqamətini demək üçün qərək məlumat olsun bilək ki, qiymətlərin özü nə səviyyədədir. Hətta manat aktiv kimi hazırda (devalvasiyadan sonra) əmlakdan daha cəlbedici görsənir. Ən azı ona görəki, o likviddir. İstənilən halda manat ya dollara çevrilə, ya da əmlaka yönəldilə bilər. Ancaq 1 aydan sonra çox şey dəyişə bilər.

Son xəbərlər
Digər xəbərlər