22 C
Baku
Thursday, April 25, 2024

HCBC bankın maraqlı tarixçəsi

Dünyaca məşhur nəhəng bank qrupu 1865-ci ildə Tomas Sazerland tərəfindən Honq Konqda, 5 gün ərzində yaradılmışdı. Tomas Sazerland Şotlandiyalı kasıb bir nəslin davamçısı idi və onun gələcəkdə keşiş olacağı düşünülürdü. Bu sahədə onun heç bir istedadı aşkar olunmadığına görə, bir ildən sonra onu Aberdenin ticarət evində təhsil almağa göndərdilər. Daha sonralar onun 17 yaşı olduqda nüfuzlu bir qohumu sayəsində Tomas İngiltərənin nəhəng daşınma şirkətində bir vəzifəyə sahib oldu.

1864-cü ilin iyulunda Sazerland paroxod şirkətinin işləri ilə bağlı Honq Konqda idi və məhz burada o öyrəndi ki, Hindistanın paytaxtından yola çıxan gəminin heyətində BankofChina-nın Bombeydəki filial nümayəndəsi də var. Bu nümayəndə Honq Konq tacirlərinə yeni bankın səhmdarları olmağı təklif etməyə gəlirdi. Bu Sazerland üçün kifayət qədər xoşagəlməz hadisə idi. Çünki o hesab edirdi ki, Bombey maliyyəçiləri Honq Konqa gəlib çıxmayacaqlar və o burada öz şəxsi bankını yaradacaq. Bank nümayəndəsinin olduğu gəminin Bombeydən Honq Honqa çatması üçün 5 gün qalmışdı və Tomas da planlarını bu 5 gün ərzində həyata keçirməli idi.

Bu dünya iqtisadiyyatı  tarixində baş vermiş ən ani intriqa oldu. Tomas Honq Konqun bütün ticarət evlərinin rəhbərləri ilə görüşə bildi. Burada bank yaratmaq ideyası çoxdan mövcud idi və bu fikirlə demək olar ki hamı razı idi. Lakin bankın yaradılması üçün 5 milyon Honq Konq dollarının tələb olunması onların geri çəkilməsinə səbəb olurdu.  Buna baxmayaraq, Tomas hər kəslə ortaq dil tapmağı bacarırdı və hətta öz rəqibləri ilə belə yaxşı münasibət saxlayırdı.

Tomas Sazerlandın gündəliklərindən məlum olur ki, heç kim layihədə iştirak etməyə razılıq vermədi. Bəziləri isə nə hə, nə də yox cavabını verdi. Lakin əbəs yerə Sazerland bu günümüzdə də tarixdə ən ağıllı insanlardan hesab olunmur. 28 iyulda yerli qəzetlərdə HSBC bankın yaradılması ilə bağlı məqalə dərc olundu.  Burada tacirlərin soyadları qeyd olunmuşdu. Əlbəttə bu tacirlər öz soyadlarını görəndə təəccüblənmişdilər. Çünki, əzəli rəqiblərin adları yan-yana dayanırdı. Onlar cənab Sazerlandın bunu yalnızca yaxşı münasibəti qoruyub saxlamaq niyyəti ilə əlaqələndirdilər.

Bir neçə il keçdikdən sonra, bank inkişaf edərək yüksək gəlir gətirdiyi vaxt Hong Konqda bu bankın işgüzar yemək zamanı yaradıldığı barədə şayiələr yaranmağa başladı. Lakin həqiqəti bilənlər isə zarafatla deyirdilər: “Bəli elədir, yalnız naharda iştirak edənlər bunun fərqində deyildilər”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər