15 C
Baku
Friday, March 29, 2024

Henry Deterding – neft maqnatı

Deterding  (1866-1939) kommunizmin əsas etirazçısı idi. Bununla yanaşı demokratları da sevmirdi. 

Henry Deterding hələ uşaq olarkən atası dünyasını dəyişdikdə ciddi maddi çətinliklərlə üzləşir və elə həmin o dövrdən başlayaraq işləməyə məcbur olur. O 16 yaşı olarkən bankda kargüzarlıq işləri ilə məşğul olur, daha sonradan nəhəng ticarət şirkətində işə düzəlir.

1900-cü ildə o artıq Royal Dutch şirkətinə başçılıq edirdi. Bu zaman o 34 yaşlı gənc, ambisiyalı bir şəxs idi. O müəyyən mənada Rokfelleri xatırladırdı. Belə ki, Henry də onun kimi əmək sevər idi və çətin riyazi məsələləri beynində həll edirdi.

Onun qohumu Samuel Borneo cəngəlliyində neft axtardığı bir zamanda, Royal Dutch artıq Sumatrada yerləşən yataqlardan istifadə edirdi. Müəyyən müddət sonra onlar anlayırlar ki, onların qarşılıqlı rəqabəti onları əsas rəqibləri olan Standard Oil qarşısında gücdən salır.

Bir dəfə Samuel demişdi ki, neft özlüyündə bir işə yaramır, satış bazarları lazımdır. Deterding-in ən çox sevdiyi atalar sözü isə hollandların “Güc təklikdədir” sitatı idi. Shell və Royal Dutch şirkəti əzəli rəqibləri ilə mübarizə aparmaq, birlikdə yeni bazarlara çıxmaq və Rokfellerin onunla rəqabət apara biləcək yeni neft emal edənlərin peyda olduqları yerdə geniş qiymət endirmə imkanına tab gətirmək məqsədilə birləşir. Standar Oil sadəcə rəqiblərin olmadığı yerdə qiymətləri qaldıra və bunun sayəsində balansı qoruya bilərdi.

Son xəbərlər
Digər xəbərlər