21 C
Baku
Tuesday, April 16, 2024

Hesabdan çıxarış

Virtual və nağdsız ödəmələrin sayının artması insanların nağd pul vasitələrindən istifadəsinin azalmasına gətirir. Son zamanlar bunu əyani sürətdə nağdsız ödənişlərin ümumi ödənişlərdə həcminin artmasından görürük. Əvvəllər əksər banklarda müştərilərə hesab açılması müəyyən məbləğdə komissiya ilə və ya hesaba mədaxil ilə başa gəlirdisə, son zamanlar bunlar demək olar ki, pulsuz yəni, rüsumsuz həyata keçirilir.İstənilən Azərbaycan vətəndaşı banka öz şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq, orada özünə hesab aça bilər və bu hesablar üzrə bəzi əməliyyatlar da həyata keçirə bilər.

Banklarda hesablar milli valyutada və xarici valyutada açılır.

Hesablar da müxtəlif formalarda olur, yəni cari hesab, kart hesabı, depozit hesabı, təhtəl hesabı, kredit hesabı və s. Bunlar adlarından göründüyü kimi öz təyinatları üzrə xidmət göstərirlər.

Cari hesab dedikdə müştərinin adına olan hesab –yəni həmin bankda və ya filialda bir növ müştərinin portmanatı anlayışı başa düşülür. Bu hesaba istənilən insan pul qoya bilər, lakin müştəridən başqa heç kim çıxara bilməz və bu hesaba görə əlavə faizlər ödənilmir.

Kart hesabı deyəndə isə burada kartla bağlı hesab başa düşülür, yəni hansı hesab ki, müştəri o hesabda olan pulu kart vasitəsi ilə bankomatdan və ya posterminaldan çıxara və digər nağdsız ödənişlər həyata keçirə bilər.

Depozit hesab dedikdə isə müştərinin əmanəti yatırdığı hesab başa düşülür bu hesaba müştərinin əmanəti (pulu) daxil edilir və müqavilə üzrə əlavə faizlər də ya bu hesaba toplanılır, ya da digər hesab açılaraq orada yığılır.

Təhtəl hesab isə cari hesab anlayışını verir, sadəcə şirkətin müəyyən işçiləri üçün açılır ki, xərclər bu hesabdan verilsin.

Kredit hesabı deyəndə isə müştəriyə kredit verilərkən kredit hesabı açılır, burada əlavə faizlər toplanır və ayda bir dəfə müqavilə üzrə digər hesaba keçilərək sıfırlanır (yəni kredit ödənişi olduğu halda).

Bu hesabı açarkən müştəri onun valyutasına nəzər yetirməlidir, ona görə ki, respublikanın başqa bankından və ya ölkə xaricində yerləşən banklardan sizin hesabınıza pul köçürərkən burda itki baş verəcək. Yəni ən yaxşı halda 0,5% konvertasiya faizi tutulacaq (əgər bank daxili qaydalar imkan versə yəni başqa valyutadan qəbula). Bu köçürmələri həyata keçirmək üçün sizin üçün hesab açdığınız bankın rekvizitləri lazım olacaq. Bu rekvizitlər əsasında başqa bankdan sizin hesabınıza pul köçürüləcək.

Bundan əlavə müştəri öz hesabları barədə hesab açdığı bankın istənilən filialından hesabdan çıxarış istəyə bilər. Bunun üçün müştəri öz şəxsiyyətini təsdiq edən sənədlə banka yaxınlaşaraq müəyyən dövr hesabdan çıxarış istəyir. Hətta çıxarılışı hesab açıldığı gündən bu günə kimi istəyə bilər. Bu halda bəzi banklarda komissiya tutulur. Bu çıxarış əsasında müştəri dəqiq onun vəsaitinə nə zaman nə qədər məbləğin mədaxil olmasını və ya məxaricini də öyrənə bilər.

Son xəbərlər
Digər xəbərlər