25 C
Baku
Friday, April 19, 2024

Hesablaşmalar şöbəsinin Aparıcı Mütəxəssisi – Bank BTB ASC

Bank BTB ASC Əməliyyat departamenti, Hesablaşmalar şöbəsinin Aparıcı Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Əməliyyat departamenti, Hesablaşmalar şöbəsinin Aparıcı Mütəxəssisi 

İş barədə məlumat:

– XÖHKS, AZİPS, SWIFT sistemlərində işləmə;
– Sürətli pul köçürmə sistemləri üzrə klirinq əməliyyatları;
– Vəsaitlərin müştəri hesablarına mədaxili;
– Müxbir hesab qalıqlarının yoxlanılması;
– MT103, MT202,  MT300,  MT320,  MT199  formatlı SWIFT məlumatlarının hazırlanması;
– Xarici valyutada daxil olan ödənişlərin sistemə girişi;
– Bankın müxbir hesabları və ödəniş sistemləri üzrə hesablaşmaların aparılması.

Namizədə tələblər:

– Ali təhsil (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə);
– Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini orta səviyyədə bilmə bacarığı;
– Analiz etmə qabiliyyəti;
– Problemləri həll etmə bacarığı;
– Banklararası hesablaşmalar üzrə mövcud qanunvericiliyi  bilmək;
– Yüksək səviyyədə dəqiqlilik, operativlik və icraçılıq bacarığı;
– Komandada işləmə bacarığı;
– Ünsiyyət qurma bacarığı;
– MS Office proqramında işləmə bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər azərbaycan dilində öz CV-lərini 21 Iyul 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyat departamenti, Hesablaşmalar şöbəsinin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər