13 C
Baku
Friday, April 19, 2024

Hindistan Çini geridə qoymağa hazırlaşır

BMT-nin World Population Prospects hesabatına əsasən Hindistan yaxın 7 ildən sonra Çini geridə qoyaraq dünyanın ən çox əhaliyə sahib ölkəsi olacaq.

7 ildən sonra hər iki ölkənin əhalisi 1,4 milyard nəfərə çatacaq. 2030-cu ildə isə Çində əhali artımının tamamilə dayandığı bir vaxtda Hindistan əhalisi 100 milyon nəfər artacaq.

Bununla yanaşı, BMT-nin proqnozuna əsasən sürətlə artan Nigeriya 2050-ci ildə ABŞ-ı geridə qoyacaq və əhali sayına görə böyük ölkələr siyahısında 3-cü pilləyə sahib olacaq.

Planetimizin əhalisi 35 ildən sonra 7,3 milyarddan 9,7 milyarda çatacaq. 85 ildən sonra isə bu göstərici 11,2 milyard nəfər təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər