15 C
Baku
Saturday, April 20, 2024

Hindistan dövriyyəyə plastik pullar buraxacaq

The Economic Times-ın verdiyi məlumata görə, Hindistanda plastik materialda çap edilmiş pullar dövriyyəyə buraxılacaq. Bu haqda məlumatı isə 9 dekabrda ölkənin maliyyə naziri Arjun Ram Meghwal verib.

Verilən məlumatlara görə, pulların çap ediləcəyi materialın əldə edilməsi prosesi artıq başlayıb.

Qeyd edək ki, 8 noyabr tarixində Hindistanda kölgə iqtisadiyyatı ilə mübarizə aparmaq üçün pul islahatı başlandı. Bu məqsədlə, ölkədə ən çox işlək olan 500 və 1000 rupi (7,5 və 15 dollar) nominalında olan banknotlar dövriyyədən çıxarıldı. Onların əvəzində isə 500 və 2000 rupi nominalında yeni banknotlar yaradılır. Bununla yanaşı, ölkə rəhbərliyi köhnə pulların yeni banknotlarla əvəzlənməsinə məhdudiyyətlər qoyub. Hazırda ölkədə pul çatışmazlığı yaşanır. Bu səbəbdən də, banknotların həyat davamiyyətinin artırılması böyük əhəmiyyət daşıyır.

Hindistan Ehtiyat bankı polimer əsaslı pulların yaradılmasını çoxdan planlaşdırırdı. Hələ 2014-cü ildə Hindistan hökuməti 10 rupi nominalında 1 milyard plastmass banknot buraxmağı vəd etmişdi.

Son xəbərlər
Digər xəbərlər