18 C
Baku
Tuesday, April 23, 2024

Hitlerin qırmızı telefonu 243 min dollara satıldı

Banker.az Tass agentliyinə istinadən xəbər verir ki, Adolf Hitlerin şəxsi telefonu ABŞ-da keçirilən hərracda 243 min dollara satılıb. Hərrac 19 fevral tarixində Alexander Historical Auctions hərrac evi tərəfindən təşkil edilib.

Hitlerin öz əmrlərini verdiyi bu qırmızı telefonu əldə edən şəxsin adı isə açıqlanmır.

Lotun ilkin dəyəri 200-300 min dollar həcmində qiymətləndirilmişdi. Hərrac evi ümid edir ki, bu telefonu muzeylərdən biri əldə edəcək və insanlar ona baxaraq faşizmin nə ilə nəticələndiyi barədə düşünə biləcək.

Bu telefon vaxtilə Adilf Hitlerin Berlindəki bunkerində idi və İkinci dünya müharibəsinin son iki ili ərzində əlaqə üçün istifadə olunb. Telefonun üzərində Hitlerin adı həkk olunub. 1945-ci ilin mayında nasist Almaniyasının kapitulyasiyasından və Hitlerin intiharından sonra sovet hərbçiləri bu cihazı britaniyalı zabit Ralf Reynerə hədiyyə etmişdi. Reyner 1977-ci ildə dünyasını dəyişdikdə telefon onun oğluna miras olaraq qalır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər