23 C
Baku
Thursday, April 25, 2024

Hiyləgər biznes gedişləri: zərərçəkmişlərə kömək

Məşhur şirkətlər uğur qazanmaq üçün daha hansı qeyri-standart gedişlərə əl atmırlarki?! Biznes öz riskləri, dəlisov ideyaları, gözlənilməz dönüşləri ilə kəskin sujetli film kimidir. Uğura can atan istənilən şirkətin özü haqqında məlumat vermək, satışların həcmini artırmaq və rəqiblərinə qalib gəlmək üçün çoxlu sayda üsulları vardır. Bu məqsədlə televiziyada reklam yerləşdirmək, şəhərin bütün reklam üçün ayrılmış məkanlarını zəbt etmək, yaxud daha orijinal bir gediş düşünmək mümkündür. Bəs hansı məşhur şirkətlər standart reklam gedişlərindən imtina edərək orijinal addım atmışlar:

5 avqustda Çilinin şimalında yerləşən San-Xose mədənində qəza baş verir və nəticədə yeraltı suxurların dağılması nəticəsində 33 insan yerin altında qalır. Bu insanlar xilas edilənə qədər təxminən 3 ay daş yığınlarının arasında qalmağa məcbur olur. Bu zaman Oakley şirkəti mədənçilərə qida, su və lazımi əşyalarla birgə özünün günəş şüalarından qorunmaq üçün nəzərdə eynək məhsulunu da göndərir. Zərərçəkmişlər yerin üst hissəsinə çıxarıldıqda onlar eynəkləri taxmaq məcburiyyətində idilər. Çünki onlar uzun müddət qaranlıqda qaldıqlarından gözləri gün işığına qarşı çox həssas idi. Oakley eynəkləri taxmış mədənçiləri bütün telekanallar, nəşrlər nümayiş etdirmişdir və bu da şirkətin vəziyyət maksimum şəkildə yararlanmasının bariz nümunəsi idi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər