15 C
Baku
Friday, March 29, 2024

Hökmdara hədiyyə

Günlərin bir günü zəhmətkeş kəndli bostanda çalışarkən heç vaxt görmədiyi gözəl bir balqabaq görür.

Kəndli sevinir və bu balqabağı sultana hədiyyə etməyi düşünür.

Sultan kəndlinin hədiyyəsindən razı qalır və təşəkkür əlaməti olaraq ona öz atlarından birini bağışlayır.

Kəndli sevinərək hədiyyəni qəbul edir və təşəkkür edərək öz işinə qayıdır.

Sultanın səxavətli hədiyyəsi haqqında xəbər bütün şəhərə yayılır.

Və bir zəngin şəxs fikirləşir: “Əgər sultan bir balqabağa görə kəndlini belə mükafatlandırıbsa, gör, mən ona at hədiyyə etsəm, o, mənə nə hədiyyələr verər”.

Öz tövləsindən ən yaxşı atını seçərək o, sultanın yanına gedir.

Sultan zəngin şəxsin hiyləgərliyini anlayır. Hökmdar onun hədiyyəsini qəbul edir və təşəkkür edərək öz nökərlərinə deyir:

– Bu şəxs mənə çox gözəl bir at hədiyyə edib. Bu ata görə mən ona kəndlinin mənə gətirdiyi balqabağı verirəm.

Son xəbərlər
Digər xəbərlər