13 C
Baku
Friday, March 29, 2024

Hökumət Tim Cook-dan “iPhone”ların zəiflədilməsi barəsində izahat istəyir

Amerikalı senator “Apple” şirkətinin CEO-su Tim Cook-a köhnə iPhone modellərinin bilərəkdən zəiflədilməsi barəsində sualların əks olunduğu məktub göndərib.
Bu barədə The Wall Street Journal saytı xəbər verib. Söhbət, ticarət, elm və nəqliyyat üzrə komitetin rəhbəri və ABŞ Konqressi Senatı John Thune-nun məktubundan gedir. Qeyd etmək lazımdır ki, köhnə iPhone modellərinin bilərəkdən zəiflədilməsi məsələsi ortaya çıxandan sonra “Apple” bütün istifadəçilərdən üzr istəmiş, smartfon batareyalarının dəyişilməsində endirim təklif etmiş və yaxın zamanda batareyaların vəziyyətlərinə nəzarət üçün yeni iOS versiyasına özəl funksiyanın əlavə olunacağına söz vermişdi. Öz məktubunda senator Thune qeyd edib ki, istehlakçılar təfədindən şirkətə olan irimiqyaslı tənqiddən sonra şirkət bu məsələyə daha şəffaf aydınlıq gətirməlidir.

tim cook
Tim Cook

Əsasən Thune “Apple” şirkətinin batareyaları tamamilə pulsuz dəyişilməsi imkanını gözdən keçirib-keçirməməsini soruşub. Həmçinin senatoru maraqlandıran suallar arasında “Apple”ın, istehlakçıları smartfon sistemini zəiflədən iOS yenilənmələri barəsində xəbərdar edib-etmədiyi və istifadəçilərin həmin yenilənmədən imtina etmə imkanlarına sahib olub-olmamaları var. Həmçinin Thune bilmək istəyib ki, bu cür zəiflətmə üsulu həmdə əvvəlki iPhone modellərində tətbiq olunubmu? Bütün bu suallara şirkətin 23 Yanvar tarixinədək cavab verməsi məktubda qeyd edilib.

Son xəbərlər
Digər xəbərlər