23 C
Baku
Saturday, April 20, 2024

“Holcim (Azerbaijan)”ın səhmləri növbəti psixoloji həddə qədər ucuzlaşıb

Bakı Fond Birjasında (BFB) “Holcim (Azerbaijan)” ASC-nin (Qaradağ Sement Zavodu) səhm paketinin alqı-satqısı üzrə növbəti əqd bağlanılıb.

BFB-yə istinadən, əqd müəssisənin 186 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur.

Qiymətli kağızlar nominal dəyərinin 50% baha – 30 manatdan alınıb-satılıb.

Bununla belə, səhmlərin dəyəri ötən il qeydə alınmış qiymətlərlə müqayisədə xeyli aşağıdır. Məsələn, 2016-cı il sentyabrın 1-də bağlanmış əqd zamanı investorlar “Holcim (Azerbaijan)”ın 1 səhminə 66,75 manat ödəmişdi. Başqa sözlə, son 10 ay ərzində müəssisə bazar dəyərini 2 dəfədən çox itirib. Buna səbəb isə Qaradağ Sement Zavodunun zərərlə işləməsidir. Sement istehsalçısı 2015-ci ildən 99 mln. manatlıq, 2016-cı ildən isə 27 mln. manatlıq xalis zərərlə çıxıb.

Oxşar yazı: Azərbaycanın sement nəhəngi ikinci ildir ki, ili zərərlə bitirir

Xatırladaq ki, “Holcim (Azerbaijan)” 2000-ci ildə yaradılıb və Azərbaycanın ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31,813 mln. manatdır. Şirkətin səhmlərinin 76%-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.

MənbəReport
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər