21 C
Baku
Tuesday, April 16, 2024

Hollivudun ən böyük qonorarını Conni Depp qazanıb

2011-ci ildə Conni Depp “Pirates of the Caribbean: On Stranger Tides” filmindəki Sərçə Cek roluna görə 53 mln dollar məbləğində kifayət qədər qazanc əldə etmişdir. Bunun sayəsində Conni 50 mln dollara “The Da Vinci Code” filmində çəkilmiş əvvəlki qonorar rekordçusu Tom Henksi qabaqlamışdı.

“Pirates of the Caribbean” franşizasının uğurunu nəzərə alsaq, onun yaradıcılarının milyonlar paylamağa səlahiyyətləri çatır. Heç kim güman etmirdi ki, Depp tərəfindən yaradılmış bir az dəli və son dərəcə optimist qəhrəman obrazı bu qədər məşhur olacaq. 2012-ci ildə Depp 75 mln dollarlıq gəirlə ən çox qazanan aktyor kimi Ginnesin rekordlar kitabına düşdü.

Lakin Hollywood-un başlıca rekordçusu Uil Smitdir. O, bir dəfəyə Deppin qazandığı qədər qazanmasa da, 2008-ci ildə 80 mln dollar əldə etmişdir. Bu rekordu təzələmək hələ heç kimə müyəssər olmayıb.

Son xəbərlər
Digər xəbərlər