HR üzrə ekspert “The Best of Azerbaijan” mükafatına layiq görüldü  

HR (İnsan resursları) üzrə ekspert, kouç, təlimçi Çimnaz Qasımova “E Media Group” tərəfindən “The Best of Azerbaijan” mükafatına layiq görülüb.

Belə ki, dünən “E Media Group” tərəfindən bu mükafata layiq görülənlərə mükafatların təqdimetmə mərasimi keçirilib. The Best of Azerbaijan” mükafatını alanlardan biri də Ç.Qasımova olub. Ç.Qasımova layiq görüldüyü mükafatla bağlı məlumat verərkən bildirib ki, mükafat ona indiyədək gənclərin maarifləndirilməsi, menecmentlik, liderlik sahələrində bilik və vərdişlərinin artırılması, həmçinin indiyədək HR (İnsan resursları) sahəsində əldə etdiyi nailiyyətlər, qazandığı təcrübənin gənclərlə bölüşülməsinə görə verilib.

Qeyd edək ki, Çimnaz Qasımova Bakı şəhərində anadan olub, uzun müddət – 17 il HR sahəsində çalışıb. Bu zəngin təcrübənin 14 ilini “Şlumberje” beynəlxalq neft şirkətində HR mütəxəssisliyinə həsr edib. 14 ilin dörd ilini Qazaxıstanın Atırau şəhərində və Singapurda işləyib. 2015-ci ildə Bakıya qayıdaraq 2015-2017-ci illərdə “Paşa Bank”da HR direktoru, Baş İR insibatçısı vəzifələrində çalışıb.