15 C
Baku
Friday, March 29, 2024

MKR-ə müraciət edənlərin sayı 1,4 dəfə artıb

Cari ilin I rübündə Mərkəzləşdirilmiş Kredit Reyestrinə göndərilən sorğuların sayı 853,284 min təşkil edib.

Banker.az Mərkəzi Bank istinadən xəbər verir ki, cəmi 3 ay ərzində MKR-ə müraciət edənlərin sayı 1,4 dəfə artıb.

Hazırda bank və bank olmayan kredit təşkilatları MKR-ə 805,319 min sorğu göndərib ki, bu da 32% artım deməkdir. O cümlədən, hesabat dövründə 47,965 min fiziki şəxs öz kredit hesabatı haqqında məlumat almaq üçün reyestrə sorğular göndərib.

Həmçinin ölkədə ilin əvvəlindən kreditlər üzrə zamin duran şəxslərin sayı 3%-ə yaxın artaraq, 1 mln. 109,476 min nəfərə çatıb.

Cari ilin 1 aprel tarixinə MKR-ə 2 mln. 389,292 min borcalan və 9 mln. 483,441 min kredit haqqında məlumat daxil olub.

Son xəbərlər
Digər xəbərlər