13 C
Baku
Friday, March 29, 2024

“Huawei” “Samsung”u məhkəməyə verdi

Çinin texnoloji nəhənglərindən biri olan “Huawei” Cənubi Koreyanın bu sahədə əsas markası olan “Samsung”a qarşı məhkəmə iddiası qaldırıb.
“Sina” portalının verdiyi xəbərə görə, “Huawei” “Samsung”u mobil cihazlar üçün simsiz rabitə texnologiyası sahəsində onun müəlliflik hüququnu pozmaqda ittiham edib. İşə ABŞ-ın Kaliforniya dairə məhkəməsi baxacaq.

Çin şirkətindən bildiriblər ki, “Samsung” və onun törəmə qurumları “Huawei” texnologiyasının istifadə olunduğu cihazlar sataraq milyardlarla dollar qazanıblar. Bu səbəblə şirkət patent hüquqlarının pozulması ilə əlaqədar təzminat tələb edir.

Lent.az

Son xəbərlər
Digər xəbərlər